İçimizi sərinlədən ləzzət - dondurma

Yayın istisinin getdikcə artdığı bu günlərdə içimizi sərinlədən dondurmalar...

Dondurma yüksək səviyyədə enerji, vitamin və mineral ehtiva edən, qida dəyəri yüksək olan bir şirniyyatdır. Yayda axşam və ya ikindi vaxtı ara yeməklərdə yeyilməsi ən ideal olanıdır.

Güclü və sağlam sümüklərin ehtiyacı olan kalsiumu çox miqdarda ehtiva edən dondurma,  süd içməkdə çətinlik çəkənlər üçün yaxşı alternativdir. Xüsusilə süd və süd məhsullarını istifadə etməyən uşaqlar valideynin nəzarəti altında dondurmanı tez-tez yeyə bilər.

Bizim gözümüzdə: 100 qr. südlü dondurma, təxminən, 190-200 kaloridir.  2 top sadə dondurma (100 qr.) 1 stəkan süd və 1 meyvə porsionuna bərabərdir.

QAPALI MARKALI DONDURMA, YOXSA AÇIQ DONDURMA?

Bu sual üçün uzun açıqlama etmək lazımdır. Dondurma uşaqlar üçün yaxşı bir qida qaynağı olmaqla birlikdə, bir çox mikroorqanizmin inkişaf etdiyi qidadır. Bu səbəblə dondurma istifadə edərkən mütləq şəkildə diqqət etməli olduğumuz mövzuların başında, dondurmanın pasterizə olunan süddən hazırlanması və gigiyenik şərtlərə uyğun istehsal edilməsidir.

Bu şərtlərə əməl olunarsa, dondurma südün əvəzinə, yay və qışda rahat istifadə edilə bilər.

PAKETLİ MƏHSULLARDAKI RİSKLƏR NƏLƏRDİR?

  1. Bakteriyaların təhlükəsi səbəbiylə, bildiyimiz məşhur şirkətlərin məhsullarını istifadə etmək  ağla gələn ilk tətbiqdir. Ancaq qablaşdırılan məhsulların etiketlərini araşdırarkən bəzən nə yediyinizə siz də təəccüblənəcəksiniz. Sıra ilə baxaq:
  2. Bir çox şirkət qlükoza-fruktoza siropundan istifadə edir. Bu şərbətlər qaraciyərdə travmaya səbəb olur. Yüksələn şəkər bir qədər sonra sürətlə düşür.
  3. Dondurmanı kalsium mənbəyi olaraq tövsiyə edirik. Ancaq bəzi məhsullarda kalsiumun nə qədər olduğuna baxdığımızda, demək olar ki, südü tapmaqda çətinlik çəkirik. Əlavə olunmuş şəkər və s. məhsullar südün azalmasına səbəb olur.
  4. Bəzi dondurmalarda qaymaq ​​olduğuna görə yağ var. Bundan başqa bəzi məhsullarda da  homogenləşdirilmiş yağ (bildiyimiz marqarin) və ya bitki yağı olaraq palma yağı görürük.  Bunların ikisi də istəmədiyimiz birləşmələrdir.
  5. Bəzi qablaşdırılan məhsullarda ammonyak karamel kimi süni maddələr var. Bunlar sağlamlığa mənfi təsir göstərən maddələrdir. Bunu E150c kodu olan ammonyak karamel etiketində görə bilərsiniz. Kənd Təsərrüfatı Nazirliyi ammonyak karamelinin yuxarı həddinə nəzarət edir. Dondurmanı bu əlavələr olmadan yemək daha məntiqlidir.
  6. Meyvəli, badamlı və s. dondurmalar isə tam bir reklam oyunudur. İçinə baxdığımızda 50 q məhsulda 1-3 q meyvə və fındıq ekstraktı olur. Bu vəziyyətdə meyvəli və badamlı dondurma bir reklam hiyləsidir. Bu dondurmaların əvəzinə əsl meyvə dondurması olan kokteyl içmək daha məntiqlidir.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)