Dərviş Muhamməd

Muhamməd Zahidin bacısı oğlu Dərviş Muhamməd Səbz şəhərinin İmkənə kəndindəndir. Doğum tarixi haqqında dəqiq məlumat yoxdur. Hz. Ömərin soyundan gəldiyi nəql olunur. Gənc yaşlarında Übeydullah Əhrardan, daha sonra isə Xızır (ə.s.)ın tövsiyəsi ilə dayısı Muhamməd Zahiddən dərs aldığı rəvayət edilsə də, Əhrar müəllimlə onun vəfat tarixləri arasında bir əsrə yaxın vaxt olduğu üçün Übeydullah Əhrardan dərs aldığı şübhə altındadır. Həm dayısının dərslərində iştirak etmiş, həm də ona xidmət etmişdir. Beləliklə, dərvişlik yolunda irəliləyən Muhamməd təvazökarlıq və mənəvi gözəlliklərini gizləmək məqsədilə uzun müddət Səbz şəhərinin kəndlərində Quranı və dini bilikləri öyrətməklə məşğul olmuşdur.

Rəvayətə görə, kübrəvi şeyxi Hacı Muhamməd Xabuşaninin xəlifələrindən olan Nurəddin Muhamməd Xafi Səbz şəhəri yaxınlığına gəldiyi zaman dərviş Muhamməd bəzi hədiyyələr ilə bu zatı ziyarətə getmişdir. Bir müddət söhbətləşib  qarşı-qarşıya əyləşirlər. Dərviş Muhamməd icazə alıb məclisdən uzaqlaşdıqdan sonra Muhamməd Xafi yanındakılardan bu insanı ziyarət edib-etmədiklərini soruşmuşdu. Yanındakılar da onun şeyx olmadığını, uşaqlara müəllimlik edən kasıb bir insan olduğunu demişdilər. Xafi də onun böyük mürşid olduğunu deyib ondan dərs almalarını tövsiyə etmişdir. Bu hadisədən sonra xalqın Dərviş Muhammədə olan marağı artmış, ətrafında tələbələr çoxalmağa başlamışdı.

Onun kübrəvi şeyxlərindən Kəmaləddin Hüseyn Xarəzmi (ö. 958/1551) ilə də tanış olduğu nəql edilir. Nəqşibəndi şeyxi Hafiz Basirin xəlifələrindən olan Əmir Əli Azizan Xərəvi (ö. 1010/1601-2) bir müddət Dərviş Muhammədin dərslərində iştirak etmişdir. Kənd təsərrüfatı ilə məşğul olub dolanışığını əl əməyi ilə təmin edən, təqva və əzəmətlə yaşamağa səy göstərən Dərviş Muhammədin Allahın tək varlıq (vücudi-mütləq) olduğunu isbat edən bir risalə qələmə aldığı rəvayət edilir. Bu risalədən onun təsəvvüfi fikirlərinin İbnül-Ərəbinin dəsti-xəttinə yaxın olduğu görülür.

Hz. Dərviş Muhamməd 19 Məhərrəm 970 (1562)-ci ildə vəfat etmişdir. Səbzin İmkənə kəndinin şimalındakı Əsfiraz (və ya İsfəraz) kəndində dəfn edilmişdir. Hazırda bu yer Özbəkistanın Qaşqadərya bölgəsində olan Səbz şəhərinin şimalına doğru olan hissəsindəki Kitab nahiyəsində yer almaqdadır. Dərviş Muhammədin yerinə Hacəgi İmkənəgi keçmişdir

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)