Uşaqların əks cinsin əşyaları ilə oynaması

Cinsiyyətlə bağlı fərqliliklər yaradılışdan etibarən meydana gəlir. Şəxslər arasındakı fərqliliklər isə həm yaradılış etibarilə, həm də ətraf mühit, ailə və sosial çevrənin təsiri ilə ya inkişaf edir və ya geriləyir.

Uşaq  dünyaya gəlməmişdən əvvəl ad, paltar və otaq kimi dekorasiyada uşağın cinsiyyətini nəzərə alırıq. Bəs oyuncaq seçimində bunu edirikmi? Doğru oyuncaq uşağın həm fiziki, həm də psixi inkişafına təsir edir. Uşağınızla oyunlar oynadığınız zaman  unutmayın ki,  o, müəyyən bir potensiala sahibdir. Bu potensialı hərəkətə gətirmək isə sizin əlinizdədir. Sizin məqsədiniz uşağınıza səthi öyrənməkdən fərqli olaraq, kəşfetmə və anlama duyğusunu təlqin etməkdir. Qazanılan hər bir bacarıq uğurlu öyrənmə  üçün qoyulan təməldir. Əgər buna erkən yaşlarda nail olsanız, bu, övladınızı məktəb zamanı və bütün həyatı boyu müşayiət edəcək. Uşağınız üçün oyuncaq alarkən daha çox onun yaradıcılığını və təxəyyülünü stimullaşdıracaq şeylər seçməyə çalışın. Ümumiyyətlə, uşağın öz cinsini dərk etməsi 3 yaşından sonra baş verir. Bu zaman  uşaq özünü, öz "Mən"ni dərk edir.

 Ümumiyyətlə, 3 yaşına qədər olan oyuncaqlar inkişafetdirici oyuncaqlar olur. Erkən motor bacarıqlarını özündə birləşdirən, duyğular və qavrayış blokları, pazllar, formalar, kitab rəngləmək, tikiş kartları, kağız kuklalar, sehirli lövhələr, maqnitli lövhələr və s. bura əlavə edə bilərik. 3 yaşından sonra da   oyuncaqlar inkişafetdirici olmalıdır. Bu oyuncaqlar  nitq inkişaf etdirən, məntiqi təfəkkürü artıran, yaxud da göz koordinasiyasını artıran oyuncaqlar olur. Həmin oyuncaqlarla qız, ya da oğlan olması fərq etmir, hər iki cins oynaya bilər.

Aparılan tədqiqatlar göstərir ki, uşaqlara, onların cinsi fərqləri nəzərə alınmadan oyuncaq seçildikdə belə, onlar öz cinsinə uyğun davranışlar göstərirlər. Qızlara oyuncaq qismində maşın verildikdə, onlar onu qucaqlayır, oğlanlara isə gəlincik verildikdə onu silah kimi istifadə edirlər. Bir psixoloq olaraq valideynlər tərəfindən bu mövzu ilə əlaqəli  mənə ünvanlanan sualların bir neçəsini sizinlə bölüşmək istəyirəm:

  • Mənim oğlumun 2 yaşı var. Oyuncaq mağazasına getdiyimiz zaman  özü daha çox qızların oynatdığı oyuncaqları almağımı istəyir. Bu zaman mən nə etməliyəm?
  • Oğlumun  7 yaşı var. Amma o hələ də gəlincik, kosmetik bəzək əşyaları  ilə oynayır. Maraq dairəsində öz cinsinə uyğun oyuncaq yoxdur. Siz nə məsləhət görürsünüz?

Körpə 3 yaşından sonra anlamağa başlayır. Həmçinin qrup şəklində oynamağı da bu yaş dövründən sonra öyrənməyə başlayırlar. Bu səbəbdən də daha yaxşı olardı ki, qızlara gəlincik, ev əşyaları, mətbəx ləvazimatlarının oyun forması, oğlan uşaqlarına isə, məsələn, maşın, avtomat və s. kimi oyuncaqların ayrı-seçkiliyi 3 yaşından sonra edilsin. Yəni 2 yaşındakı uşaq  öz cinsinə aid olmayan oyuncaqlar seçirsə, bu zaman müdaxilə etməyin. Bəzən olur ki, ailədə 2 böyük oğlan uşağı var və doğulan uşaq qız olur. Bu istər-istəməz uşağın oyun və oyuncaq seçiminə təsir edir. Belə olan halda, 3-cü uşaq da özündən böyük iki uşağın oyununa qatılır, onun oyuncaqları ilə oynayır. Əslində, burada qorxulu heç nə yoxdur. Çünki müəyyən yaşa çatdıqdan sonra artıq o, öz cinsiyyətini dərk edəcək və özü üçün qız və yaxud da oğlan oyuncaqları seçimi edəcəkdir.

İkinci sualda isə situasiya tam fərqlidir. Bəzi valideynlər azyaşlı oğlan uşaqları ilə qəribə rəftar edir, onun saçlarını qız kimi uzadır, elə geyindirirlər ki, həmin uşağın oğlan olduğunu qəti şəkildə müəyyən etmək mümkün olmur. Elə ailələr var ki, oğlan övladı yox, qız istəyirlər. Əgər arzularının əksinə, oğlan övladları doğulursa, onunla qız kimi rəftar edir, saçlarını uzadır, qız kimi geyindirirlər. Bəzi valideynlər üçün isə bu kimi davranışlar tamamilə əyləncə xarakteri daşıyır. Yəni bunu zarafat xatirinə edirlər və uşaqları ilə əylənirlər.

Belə hallar isə ictimaiyyət arasında birmənalı qarşılanmır. Bu davranışların uşaqların psixologiyasına heç bir mənfi təsiri olmayacağını düşünürlər.  Uşaqların tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki hər bir şeyin təməli məhz uşaqlıqdan qoyulur.

 Ümumiyyətlə, bütün valideynləri bu sual narahat edir: “Biz övladımıza necə yanaşaq ki, gələcəkdə cinsiyyət seçimi qarşısında qalmasın və sağlam bir həyat sürsün?” Məsələ burasındadır ki, oyuncaq seçimi və ya uşağın rəng seçimi onun daha sosial, daha sevincli böyüməsinə təkan verir. Hansı oyuncaqla oynaması isə onun gələcəkdə peşəsinə, fəaliyyətinə təsir göstərə bilər. Bu zaman uşağı sadəcə başa salmaq lazımdır. Qadağa qoymaq lazım deyil. Nəyisə başa saldıqda isə demək lazımdır ki, bu bəzək əşyasıdır, bundan qadınlar istifadə edir. Kişilər isə saat və qalstuk kimi aksesuarlardan istifadə edirlər. Deyin ki, sən də böyüyəndə atan kimi bu aksesuarlardan istifadə edəcəksən.

 Valideyn övladını doğru tərbiyə edərsə, təbii ki, çox problemlə rastlaşmayacaq: “Əgər oğlan uşağı gəlinciklərə meyl edirsə və valideyn bunu qadağan edirsə, qışqıraraq, bağıraraq onu qorxudur və ya qadağa qoyaraq reaksiya verirsə, uşaq daha çox o şeylərə meyl edəcək. Əksinə, bu enerjini başqa bir şeyə sərf edə bilərik.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)