Toyuq sosiskası,Xarço Şorbası

Ərzaqlar:

Toyuq filesi
zövqə görə ədviyyatlar 
narın xörək duzu, istiot
İstiyə dayanıqlı paket, ip
Hazırlanması:

Bir ədəd file dörd hissəyə kəsilir, üzərinə ədviyyatlar vurulur.

 

Daha sonra paket ilə  bükürük.

 Hər iki tərəfdən sıxılaraq, kənarları ip ilə bağlanılır.

Qaynadılan adi su içərisində "Toyuq sosiska"sı  25-30 dəqiqə qaynadılır.

 Bişdikdən sonra paketdən açıb bəzəyərək süfrəyə verə bilərsiniz.

Nuş olsun !

Ərzaqlar:

1 kq sümüklü mal əti
2 böyük pomidor
3 böyük baş soğan
5 diş sarımsaq
4/3 st. düyü
göy alça
3-4 ədəd xiyar turşusu

qoz
Qırmızı istiot
keşniş və ya cəfəri
Ədviyyat:
Zəfəran
2-3 ədəd dəfnə yarpağı
Qara istiot


Hazırlanması:

Əti 2,5 saat qaynadın. Kəfini yığın. Düyünü yuyub suda isladın. Zəfəranı duzla əzin (bir xörək qaşığı qədər), sonra üzərinə qaynar su tökün.
Bitki yağında soğanı şəffaf olana qədər qızardın, doğranmış qırmızı istiot əlavə edin. Qabığı soyulub doğranmış pomidor, qara istiot, duz töküb qızardın, 2 çömçə bulyon əlavə edin. 7-9 dəqiqə bişirin.
Quru tavaya qoz töküb azca qurudun. Sonra həvəngdəstədə döyün. Ət 2,5 saat qaynayandan sonra çıxarıb doğrayın. Bulyonu tənzifdən süzüb ətə əlavə edin. Qızartdığınız tərəvəzləri, düyünü, isladılmış zəfəranı, dəfnə yarpaqlarını əlavə edin. Düyü bişəndən sonra qoz və əzilmiş sarmsağı, göyərtini  əlavə edin. Sonra xiyar turşusunu doğrayın tökün. Qazanın qapağını örtün. Ocağı söndürüb 15-20 dəqiqə şorbanın “özünü tütmasını” gözləyin. Sonra süfrəyə verə bilərsiniz.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)