Möminlərin anası və sədaqət nümunəsi Hz.Xədicətul-Kübra. (r.a.)

Möminlərin anası adını alaraq bu şərəfə ilk layiq görülən bu iffətli və fədakar qadın 556-cı ildə (miladi tarixlə) Məkkədə anadan olmuşdur. Soyu babaları Kusayda Peyğəmbər (s.ə.s.) in soyu ilə birləşir. Hz.Xədicə iffətli və namuslu olması səbəbi ilə “Tahirə” ləqəbi ilə tanınırdı.”Kübra” deyilən başqa bir ləqəbi isə Hz.Peyğəmbərin (s.ə.s.) ilk xanımı olmağı münasibəti ilə sonrakı dövrlərdən etibarən işlədilməyə başlandı.

Hz. Xədicənin atasının adı Xüveyliddir. O, Əsəd bin Uzzanın oğludur. Anası Fatimə binti Zaidətül-Əsammdır. Hz. Xədicə evlənmə çağına gəldiyində ilk yoldaşı Əbu Halə Hind bin Zürarə ət-Təmimi ilə evlənmiş və Hind adında bir oğlu və Halə adında bir qızı anadan olmuşdur. Daha sonra Atik b. Abid əl-Məhzumi ilə evlənmişdir ki, bu ikinci evliliyindən də Hind adında bir qızı olmuşdur. İkinci ərinin də vəfat etməsindən sonra dul qalan Xədicə soylu, gözəl və zəngin qadın olması səbəbilə ona gələn evlilik təkliflərinin heç birini qəbul etmədi.Tanıdığı və güvənib inandığı insanlarla ortaq olub ticarətlə məşğul olmağa başlamışdı. Bu ortaqlardan biri də “Əl-Əmin” ləqəbi ilə tanınan, dürüst və gözəl əxlaqlı bir gənc olan Hz.Məhəmməd idi. Hz.Xədicə köləsi Meysərəni hz. Məhəmmədə qoşub onları Şam şəhərinə ticarət üçün göndərmişdi. Geri qayıtdıqlarında Meysərə hz. Məhəmmədin əxlaqi davranışlarını, doğru sözlü və dürüst bir insan olduğunu Xədicəyə danışdı. Eyni zamanda onda müşahidə ettiyi qeyri-adi hadisələri, Şama getdikləri zaman yolda rahib Nasturannın ona söylədiklərini və geri qayıtdıgları zaman onları iki mələyin qanadları ilə kölgə saldığını həyəcanla danışdığı vaxt Hz.Xədicənin ona olan marağı  artmağa başladı.

Ətraflı düşündükdən sonra hz.Xədicə hsz.Məhəmmədə  ona evlilik  təklif etdi. Hz.Məhəmməd hz. Xədicə tərəfindən gələn bu evlilik təklifini düşünmüş, müsbət qarşılayıb “bəli” cavabını vermişdi. Beləliklə xoşbəxt və məsud bir yuvanın təməli qoyulmuş oldu. Hz. Xədicə aləmlərə rəhmət olaraq ins və cinsin peyğəmbər olaraq göndəriləcək hz. Məhəmməd (s.a.s.) -ə  zövcə olmaq şərəfinə nail olmuşdu. Bu zaman Hz.Məhəmməd (s.a.s.) 25, Hz.Xədicənin isə 40 yaşlarında idi. Bu məsud və bəxtiyar evlilikdən onların ikisi oğlan və dördü qiz olmaqla altı övladları dünyaya gəlmişdir: Qasim, Abdullah, Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm və Fatimə. Oğlanları Qasım və Abdullah kiçik yaşlarında ikən vəfat etmişdilər.

Hz. Xədicə üzərinə götürdüyü mükəlləfiyyətləri  və ev işlərini kölə və xidmətçilərlə birlikdə görürdü. Bununla bərabər Hz. Peyğəmbərin kiçik yaşından etibarən himayəsi altına aldığı Hz.Əli də ev işlərinin bəzilərini görməklə Hz. Xədicənin yükünü yüngülləşdirmişdi. Gələcəkdə “Elm şəhərinin qapısı”olaraq yad ediləcək olan Hz.Əli (r.a.) beləliklə əvvəlcədən “Nur” mənbəyinin yanında yerini almışdı.

Hz. Xədicə həyatının ən ağır və məsuliyyətli anlarında belə hz. Peyğəmbərin arxasında dayanmış  istər maddi, istərsə də mənəvi yöndən Peyğəmbərə dayaq olmuş və vəfakar xanım rolunu oynamışdır. Qırx yaşında ikən vəhylə müjdələnən Hz.Peyğəmbəri və İslamı ilk qəbul edən məhz Hz. Xədicə olmuşdur.

Artıq Allahdan əmr gəlmiş və Allah Rəsulu təbliğlə vəzifələndirilərək ilk olaraq qohum-əqrəbadan başlamaq üzərə insanları haqq olan İslam dininə çağırmaqla əmr olunmuşdu. Allah Rəsulu peyğəmbərliyini elan edib Məkkə xalqını İslam dininə  dəvətə başlaması ilə müşriklərin çox çətin bir düşmənçiliyi ilə qarşılaşmışdı. Müşriklərin imanı olmadığı kimi insafları da yox idi. İnananlara qarşı boykot elan edilmişdi. Nə qız alıb-verməli, nə də mal alıb-satacaqdılar.

Hz.Xədicə isə bu çətin və üzücü hadisələr qarşısında malını və sərvətini İslamın intişarı və inkişafı üşün Allah Rəsulunun əmrinə vermişdi. Peyğəmbərliyin onuncu ili idi. Hz. Xədicə müsəlmanlara göstərilən əzab və işgəncələri gördükcə üzülüb əriyirdi.

Bu dərdlərin ağırlığından xəstələnmiş və ölümü yaxınlaşmışdı. Son nəfəsini Allahın mübarək adını pıçıldayaraq verən Xədicə anamızın bu vəfatına Peyğəmbər (s.ə.s) çox kədərlənmişdi. Buna görə də onun vəfat ilinə hz.Peyğəmbər (s.ə.s.) “Hüzn ili”adını vermişdir. Hz, Peyğəmbər vəfakar və sədaqət timsalı olan bu qadını heç bir zaman unutmamış, onun bütün qohum-əqrəbası və dostlarına qarşı lazımi diqqəti göstərmişdir. Allah Rəsulundan Hz. Xədicənin fəzilətinə dair aşağıdakı bir-iki hədisi-şərifi qeyd etmək yerində olardı:

“Öz əsrində yaşayan qadınlarının xeyirlisi İmran qızı Məryəm; bu əsrin qadınlarının xeyirllisi  də Hüveylid qızı Xədicədir.” 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)