Mərhum Musa Topbaş Əfəndidən XANIMLARA TÖVSİYƏLƏR

Rəhmətlik anamı və bacımı düşünürəm. Onlar heç vaxt bazara getməmişdilər. Ərləri nə alıb gətirmişdisə onu da geyinirdilər. Bəzən ərlərinin gətirdiyi paltarı və rəngini bəyənmirdilər, amma bir söz demirdilər. Bilirdilər ki, dünyanın bər-bəzəyinə uysalar əsil vəzifəmiz olan qulluğu unutmağa başlayarlar.

Xanımlar nə qədər çöl işləri ilə məşğul olarlarsa, bir o qədər də stresli olarlar. Çünki göz qəlbin aynasıdır. Qəlbi nə qədər çox məşğul edərsək, bir o qədər yorular. Halbuki uşaqların tərbiyəsi də, ev xanımlığı da səbir tələb edən işlərdəndir.

Tələsə-tələsə hazırlanan və yeyilən bir yemək, onu yeyən insanın mənəvi inkişafına mane olur. Hər loğmanın halal olmasına diqqət edildiyi kimi ocağın başında yeməyi bişirəndə də, süfrəyə qoyulub bərabər yeyilməsi də qəlbin hüzur halında olması şərtdir. Əks təqdirdə yemək mənəvi cəhətdən bişməmiş sayılar və bir sıra mənəvi vərdişlərə zərər verər.

Sahib olunan bütün nemətlər Allahın rizasına uyğun istifadə olunarsa nemətdir, əks halda sahibi tərəfindən imtahan, müsibət və bəladır. Pul da, mindiyimiz maşın da elədir. Hətta geydiyimiz paltar da elədir. Məsələn, geyindiyimiz paltarı almaq üçün saatlarla bazarı gəziriksə çox qiymətli vaxtımızı hədər edirik. Yenə üstümüzdəki paltarı bədənimizi örtməsi xaricində insanlara yuxarıdan baxmaq üçün geyiniriksə, deməli, bizim üçün mənəvi müsibət başlamış deməkdir. Çünki Peyğəmbərimiz paltarları ilə öyünən, qisas arxasınca düşən insanların Allahın rəhmətindən uzaqlaşdıqlarını xəbər vermişdir.

Telefonla da çox danışmaq günahdır. Bəziləri lazımi iş xaricində, telefonla söhbət edirlər. Bu, həm özümüz, həm də danışdığımız kimsə tərəfdən vaxt israfıdır. Belə qiymətli vaxtlarda necə xeyirli işlər görmək olar?

Ev xanımları mümkün qədər ev işlərini özləri görməlidirlər. Bu, həm ailə məhrəmiyyəti nöqteyi-nəzərindən, həm də israfa düşməmək baxımından əhəmiyyət kəsb edir. Əvvəlki ailə həyatımızda hər kəsin görəcəyi bir işi var idi. Ara-sıra bir-birimizə kömək etməkdən başqa hamı, canla-başla öz işini görürdü.  Bu iş bölgüsü qarşılıqlı anlayış, ailənin səadət və hüzurunu təmin etmək üçün atılan böyük addımlardandır.

İnsan oğlunun üç tələsi var. Bunlar: Sərvət, şəhvət və şöhrətdir. İnsan bunlara qapılıb aldanarsa zəlil olar. Kim mənəvi ləzzətlər üçün, fani ləzzətlərdən uzaq olarsa Allah o quluna başqa ehsanlar edər. İmanın və mənəviyyatın dadını ikram edər.

Qeybət çox mühüm bir xəstəlikdir. Heç kimin arxasınca onun xoşuna gəlməyəcəyi şəkildə danışılmamalıdır. Danışdığımız qüsurlar arxasınca danışdığımız şəxsdə yoxdursa,  o zaman iftira etmiş olarıq. Əgər danışdığımız şeylər doğrudursa, bu bir qeybətdir. Allah-Təala müsəlmanların arxasınca xətalarından danışmağı qadağan etmişdir. Bizim vəzifəmiz insanların səhvlərini ortaya tökmək, günahlarını yaymaq deyil. Biz öncəliklə öz xətalarımızı tapıb onları düzəltməyə çalışmalıyıq.

Xanımlar dini və mənəvi məsələlərdə çox çalışqandırlar. Sadəcə iki xüsus onların bu əməklərini kölgədə qoyur: Bazar və dilləri...

Allah hər birimizi öz rizasını istəyən və bu istiqamətdə çalışan əməlisaleh bəndələrindən eyləsin!  Amin...     

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)