Hz.Hüseyn

Həzrət Məhəmməd peyğəmbərin (s.ə.s) sevimli nəvəsi Hz.Hüseyn (r.a) 626-cı ildə Mədinə şəhərində dünyaya göz açmışdır. Sevimli peyğəmbərimizin tərbiyəsilə böyüyüb boya-başa çatmış Hz. Hüseyn öz parlaq həyatı ilə insanlığa iftixar gətirən, qəhrəmanlıq nümunəsi olan bir öndər kimi bəşər tarixinə düşmüşdür.

    Muaviyənin ölümündən sonra Yezid əmisi oğlu Vəlidə məktub yazıb Hz.Hüseyndən beyət almasını tələb etdi. Kufəlilər ona məktub yazaraq rəhbərlik üçün Hz.Hüseyni Kufəyə dəvət etdilər, o da Kufəyə yola düşdü.      Məhərrəm ayının 9-u Kufə ordusu Hz. Hüseynə ya təslim olaraq Yezidə beyət etməyi, ya da döyüşməyi təklif edir. Hz.Hüseyn şəhid olmağı Yezid kimi bir şərəfsizə beyət etməkdən üstün bildi və "Bizim kimilər Yezid kimilərə beyət etməz" deyə buyurdu. Hz.Hüseyn gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istəyir. Səhabələr gecəni səhərədək namaz qılır, dua edir, bir sözlə Allahı zikr etməklə başa vururlar.

Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayandı. Hər iki tərəfdən "Allahu Əkbər" sədaları ucalsa da, dəstələrdən biri İslama xəyanət edərək ziyana uğrayanlar, digəri isə Peyğəmbərin haqq yolunun keşiyində dayananlar idi. Bir tərəfdə Allah aşiqləri öz sevdikləri Allaha sevgilərini bəyan edir, digər tərəfdə isə İslamın həqiqi prinsiplərinə qarşı çıxaraq Peyğəmbər ailəsini qətlə yetirməyə hazır olan münafiqlər dəstəsi dayanırdı... Döyüşdən əvvəl Hz. Hüseyn son dəfə olaraq Peyğəmbərin (s.ə.s) əbasını geyinib düşmənə tərəf yollandı və özünün son xütbəsini oxudu. Döyüşdə Hz.Hüseynin bütün sadiq səhabələri bir-bir şəhid edildi. Hətta düşmən tərəf Hz.Hüseynin qucağındakı südəmər körpə - Əli Əsgəri belə öldürməkdən çəkinmədilər. Onlar İmam Hüseynin başını kəsərək nizəyə taxdılar və təhqiramiz şəkildə Şam şəhərinə xəlifə Yezidin hüzuruna apardılar. O qanlı faciədən sonra Peyğəmbər ailəsinin sağ qalan üzvlərini əsir götürərək əl-qolları zəncirli Şama gətirdilər. Kərbəlada baş verən bu qanlı faciənin müsəlmanlar üçün böyük nəticələri oldu. Hz. Hüseyn kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında "yox" deməyi bacardı. İmam haqq uğrunda, İslam uğrunda mübarizəyə qalxdı, bu yolda malından, canından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. O, azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də, tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)