İki Qanadlı Təhsil

Tarix göstərmişdir ki, elm hər zaman bəşəriyyəti zülmətdən işığa çıxaran yoldur. Uca dinimizdə elmin nur, cəhalətinsə zülmət olduğu bildirilmiş və İslam mənsubları hər zaman elmə təşviq olunmuşlar. Bu haqda Allah-Təalanın və Rəsulullahın kifayət qədər əmr və tövsiyələri mövcuddur. Burada sadəcə “Heç bilənlərlə bilməyənlər bir olarmı” ayəsini və Hz. Peyğəmbərin “Elm öyrənmək hər bir müsəlman kişi və qadına fərzdir” hədisini misal verərək tarixən müsəlmanları elmə sövq edən başlıca amillərin nə olduğunu görmək mümkündür. Bəs elm dedikdə nəzərdə tutulan nədir?.. Burada qısaca olaraq bu suala cavab verməyə çalışacağıq.

İslamın elm anlayışı bəşəriyyətə faydalı olan, insanların dünya və axirəti üçün zərərli olmayan xüsusların mənimsənilməsindən ibarətdir. Hər bir sahədə olduğu kimi elm sahəsində də dinimiz “heç ölməyəcəkmiş kimi dünya, sabah öləcəkmiş kimi axirət üçün çalış” qaydasını əsas alır. Sovetlər Birliyi dövründə çəkilmiş bəzi kinolarımızda din xadimlərinin elmə qarşı olduqları, kəndlərdə və bölgələrdə uşaqların oxudulmasının əleyhinə olduqları və yalnız dini elmlərin tədrisinə əhəmiyyət verdikəri göstərilərək İslam dininə ləkə yaxmağa çalışılsa da, işin əslinə nüfuz etdikdə uca dinimizin hər zaman dini elmlərlə yanaşı dünyəvi elmlərin də öyrənilməsinə əhəmiyyət verdiyini və mənsublarının da buna səslədiyini görürük. Boş yerə deyil ki, Qərb ölkələrində İslam dünyasının yetişdirdiyi dahi İbn Sinanın, Fərabinin, Biruninin və digərlərinin əsərləri illər uzunu, hətta əsrlərlə dərslik olaraq oxudulmuşdur. Tarix boyu, müsəlmanlar hər zaman elmin tərəfdarı olmuş, böyük elmi kəşflər etmiş və elmin müxtəlif sahələrində öz sözlərini demişlər. Buna ən sadə misal kimi kilsənin bir zamanlar qadağan etdiyi və dolayısıyla yox olmağa məhkum antik mədəniyyətə aid əsərlərin müsəlmanlar tərəfindən öz dillərinə tərcümə edilərək yenidən bəşəriyyətə ərməğan edilməsini göstərmək kifayətdir.

Bu gün hər bir müsəlman ailəsi övladını yetişdirərkən ona faydalı elmlər öyrətməli, həm dinimizin əmr və qadağanlarını, həm də dünyada gərəkli olan xüsusları başa salmalıdır. Həqiqi müsəlman elm mövzusunda iki qanadlı quş kimi olmalıdır. İstər dini, istərsə də dünyəvi elmləri əxz etməli və cəmiyyətə öz töhfələrini verməlidir. Uşaqlarımızı müasir dünyanın tələblərinə uyğun yetişdirərkən də öz əslimizi, milli-mənəvi dəyərlərimizi gözardı etməməliyik.    

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)