Göbələkli salat

Lazım olan ərzaqlar:

4 ədəd orta ölçülü kartof

3 ədəd baş soğan (biri kiçik olmaq şərtilə)

1 ədəd iri qırmızı bibər

3 ədəd orta ölçülü turşu xiyar 

1 dəstə cəfəri 

toyuq filesi

konservləşdirilmiş göbələk

duru yağ

150 qram mayonez

 Hazırlanması:

Kartof soyulur, nazik uzun halda doğranılır və qızardılır. Bibər və soğan eyni qayda ilə doğranılır və qızardılır. İki böyük soğan qızardılır, kiçik olan salata çiy halda əlavə etmək üçün saxlanılır. Göbələk eyni qayda ilə doğranılır və qızardılır. File qaynadılır, doğranılıb qızardılır. Turşu xiyar eyni qayda ilə doğranılır. Cəfəri  xırda-xırda doğranılır. Bütün bunlar mayonezlə qarışdırılıb duz-istiot vurulub süfrəyə verilir. Bu salatı isti və soyuq halda yemək olar. Nuş olsun!          

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)