Toyuqlu boxça

Lazım olan ərzaqlar:

Xəmir üçün:

1 st. ilıq süd

0.5 st. duru yağ

2 ədəd yumurta (İkincisinin sarısını üzəri üçün ayırırıq)

1 x.q şəkər tozu

1 ç.q quru maya

1 ç.q duz

apardığı qədər un

 İçlik üçün:

toyuq filesi

1 ədəd iri baş soğan

2 ədəd ortaboy kök

duz, istiot

 Hazırlanması:

Xəmir üçün lazım olan ərzaqları qatıb, xəmir yoğururuq, qoyuruq kənara mayalansın. İndi isə içliyimizi hazırlayaq. Soğanı xırda-xırda doğrayırıq, kökü sürtgəcdən keçiririk. Toyuğu suda bişirib, didirik. İlk əvvəl toyuğu duru yağda qovururuq. Toyuq qovrulduqdan sonra soğanı da əlavə edib yaxşıca qovururuq. Sonda kökü də əlavə edib qovururuq. Köklər də yaxşı qovrulduqdan sonra duz, istiot vurub içliyimizi götürürük. İçliyimiz artıq hazırdır. Xəmirimiz artıq mayalanıb.
 Başlayaq boxçalarımızı hazırlamağa. Kündəni dördkünc formada açırıq, içliyi ortasına qoyub, bükürük. Üzərini yumurtalayıb (istəyən küncüt də vura bilər) 180 dərəcə qızdırılmış sobaya qoyuruq.  Budur, toyuqlu boxçalarımız hazırdır.  Nuş olsun!

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)