Sultan Tacı

Lazım olan ərzaqlar:
1 litr süd
1 st. şəkər tozu
3 x. q. un
2 x. q. buğda nişastası
Yarım paket marqarin
20-25 ədəd cicibəbə (uşaq peçenyesi)
1 paket vanil
Üzəri üçün:
1 paket şokolad
Hazırlanma qaydası:
Əvvəlcə tavada marqarini əridirik, sonra 3 x. q. un əlavə edib qarışdırırıq. Sonra vam odda soyuq südü tökürük, bir tərəfdən də qarışdırırıq. Pürüsüz hala gələndə nişastanı, ardından da şəkər tozunu əlavə edib qarışdırmağa davam edirik. Qaynamağa başlayanda vanili və xırda doğranmış peçenyeləri tökürük. Qarışdırdıqdan sonra ocaqdan alırıq. Qarışığı kek formasına töküb üzərini örtürük və 1 gün soyuducuda saxlayırıq. Ertəsi gün qarışığı düz bir boşqaba tərs çeviririk. Daha sonra şokoladı su hamamında əridirik. İstəsəniz kərə, yaxud marqarin yağı da əlavə edə bilərsiniz. Şirniyyatımızın üzərini şokolad ilə bəzədikdən sonra 1 saat da soyuducuda saxlayırıq. Budur şirniyyatımız hazırdır! Nuş olsun!