Ananaslı keks

Ərzaqlar:
Karamel üçün:
7 dilim ananas
0,5 st. tünd şəkər tozu
3 x.q. kərə yağı
Keksi üçün:
2 yumurta
1,5 st. təpələmə un
90 qr. kərə yağı (otaq istiliyində yumuşalmış)
1 vanil
1 qabartma tozu
Bir çimdik duz
0,5 stəkan süd
Hazırlanması:
Karameli hazırlamaq üçün bir qazana tünd şəkər tozunu və bir neçə qaşıq su töküb ocağa qoyuruq. Şəkər tozu əridikdən sonra kərə yağını əlavə edib qarışdırırıq. Yağ əriyib bir az qaynadıqdan sonra əvvəlcədən yağladığımız keks qabına tökürük və ananasları düzürük. İstəyə görə ananasların ortasını kəsib tumları çıxmış albalı da qoya bilərsiniz. Keks üçün unu, qabartma tozunu, bir çimdik duzu qarışdırırıq. Başqa bir qabda yumuşaq yağı və şəkər tozunu mikser ilə çırpırıq. Yumurtaları və vanili əlavə edərək çırpmağa davam edirik. Sonra un qarışığının yarısını töküb çırpırıq, südün də yarısını tökürük və təkrar un qarışığını və südün qalanını da töküb çırpırıq. Qarışığı ananasların üzərinə bərabər gələcək şəkildə yayırıq. 175 dərəcə qızdırılmış sobada 40 dəqiqə üzəri qızarana qədər bişiririk. Sobadan çıxdıqdan sonra 10 dəqiqə dinləndirib sonra servis qabına tərs çeviririk. Keksimiz hazırdır. Bu keksi mövsümə uyğun olan meyvələrlə də edə bilərsiniz. Nuş olsun!