Yaşıl mərcili makaron salatı

Ərzaqlar:

500 qr. xırda makaron

1 stəkan yaşıl mərcimək

3 orta boy quru soğan

3-4 ədəd pomidor

Duz, istiot

Yarım armudu stəkan zeytun yağı

Yarım dəstə roka

Rəndələnmiş ağ pendir (kim nə qədər istəyirsə)

Mərciməyi yuyub üzərini örtəcək qədər su, bir çimdik duz töküb ocağa qoyuruq. Öncə gur atəşdə qaynayır, sonra qısıq atəşdə 20 dəqiqə qaynadırıq.  Mərcimək bişəndə altını söndürüb suyunu süzürük. Soğanları yarım halqa, bir az qalın doğrayıb, zeytun yağı ilə tavada azca qızardırıq. Soğan hazır olduqda xırda doğranmış pomidorları da əlavə edirik. Pomidor bişib sous halında olanda qaynadılmış mərciməyi, duzunu, istiotunu da əlavə edib 1-2 dəqiqə bişdikdən sonra altını söndürürük. 

Böyük bir qazana 2 litr su töküb qaynadırıq. Duzunu əlavə edib makaronu tökürük. Bişdikdən sonra süzürük, sous və rokanı doğrayıb hamısını qarışdırırıq. Servis qabına aldıqda üzərinə pendir rəndələyirik. Nuş olsun!  

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)