Çolpalı Şorbalı Xəngəl

Ərzaqlar:

1 ədəd kənd toyuğu

2-3 orta baş soğan

1 x/q  tomat pastası

2 ədəd yumurta

Yağ

1 kq un

duz, istiot, sarıkök

Hazırlanması:

Una 1 yumurta, duz tökülüb bərk xəmir yoğrulur. Kündələrə ayrılır. Nazik yayılır.

Xəngəl formasında kəsilir.  Yapışmaması üçün unlanıb qablara yığılır.

Qazanda su qaynadılıb duz əlavə edilir. Xəngəllər suya əlavə edilir. Bişdikdən sonra süzülüb bir kənara qoyulur.İndi isə şorbanı hazırlayaq. Öncə çolpa tikələrə ayrılıb bişirilir.Soğan xırda-xırda doğranır, yağda qovrulur. Azca qovrulduqdan sonra bişmiş toyuq tikələrini və tomatı əlavə edib yenidən qovururuq. Toyuğun bulyonunu da üzərinə əlavə edirik. Şorba nə çox duru, nə də qatı olmalıdır. Sonda 1 ədəd yumurtanı çalıb şorbaya əlavə edirik.

Xəngəli sinilərə çəkirik, üstünə çıxana kimi şorba əlavə edirik. Zövqə görə şorbadan azca götürüb sarımsaq əzib qatmaq olar.Yeməyimiz hazırdır. Nuş olsun!

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)