Aşura

Ərzaqlar:

1 st. bişmiş noxud

1 st. bişmiş iri ağ lobya

1 st. bişmiş aşuralıq buğda

1 st. bişmiş yumru düyü

1 st. kişmiş

10 ədəd suda isladılmış, doğranmış əncir

10 ədəd doğranmış qayısı (ərik qurusu)

1 portağal qabığı rəndələnmiş

1ədəd doğranmış yaşıl alma

4 st. şəkər tozu (istəyə görə çox da ola bilər)

Su

Hazırlanması:

Bişmiş ərzaqları hamısını böyük bir qazana qatıb və üzərinə bir az su töküb qarışdıra-qarışdıra qaynadırıq. Sonra kişmişi, almanı da töküb qarışdırırıq. Ehtiyac olarsa su qatırıq. Altını söndürməyə 5 dəqiqə qalmış əvvəl portağal qabığı, şəkər tozu, qayısı və ənciri töküb 5 dəqiqə qaynadıb ocaqdan götürürük. Boşqablara töküb zövqə görə nar, darçın, fındıq, fıstıqla bəzəyirik. Nuş olsun 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)