Brovni Keksi

3 yumurta

1 stəkan şəkər

1 stəkan süd

1 stəkan duru yağ

4 xörək qaşığı kakao

bir armudu stəkan çəkilmiş qoz

8 xörək qaşığı un

qabartma tozu

vanil

           

Hazırlanması:

Əvvəlcə  yumurta və şəkəri mikserlə köpüklənənə qədər qarışdırın. Daha sonra içinə südü, duru yağı əlavə edin və bir az daha qarışdırın. Kakaonu da əlavə edib qarışdırdıqdan sonra vanil əlavə edin və bu qarışıqdan 1 stəkan ayırın. Hazırladığınız kakaolu qarışığa qozu da əlavə edib qarışdırdıqdan sonra unu və qabartma tozunu içərisinə əlavə edin və 160 dərəcədə sobanın sadəcə alt qismini çalışdıraraq 35-40 dəqiqəyə qədər bişirin. Son 5 dəqiqəsində sobanın üst qismini  də çalışdırın. Bişdikdən sonra bir az soyusun və  ayırdığınız sousu bərabər miqdarda üzərinə əlavə edin. Dilimləyib şokolad sousuyla və ya kokosla  bəzəyərək süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)