Təqvimin Tarixi

 

Vaxtın hesablanması bəşəriyyətin uzaq keçmişinə aid ən mühüm məsələlərdən biridir.

Qədim dövrlərdə insanlar işıq-qaranlıq, isti- soyuq kimi təbiət hadisələrini göy cisimlərinin (Günəşin, Ayın, ulduzların) hərəkətlərilə izah etməyə çalışırdılar.

İlk dəfə olaraq qədim babillilər birinci təzə Ayla ikinci təzə Ay arasmdakı müddətin 29,5 gecə-gündüz olduğunu müəyyənləşdirdilər. Onlar həmin müddəti bir ay kimi vaxt vahidi götürüb, bəzi ayları 29, bəzilərini isə 30 gün qəbul etdilər. Buna görə də həmin təqvim qəməri (qəmər-ərəbcə «Ay» deməkdir) adlandı. Bir ayı həftələrə, həftəni günlərə bölən də ilk dəfə babillilər olmuşlar.
Lakin babillilərin bu ay sistemi (qəməri təqvimi) ilin müddətini dürüst müəyyənləşdirə bilmirdi. Çünki Yerin Günəş ətrafında dövretmə müddəti 365 gün 5 saat 48 dəqiqə 46,1 saniyədir. Qəməri təqvimdə isə bu müddət 354 günə bərabər olur.
Bugünkü Günəş sistemli təqvimin əsasını eramızdan beş min il əvvələ aid qədim Misir təqvimi təşkil edir.
Qədim Misir astronomları bir ili on iki otuz günlük ay, beş də əlavə gün qəbul etdilər. Həmin təqvimin də nöqsanı ondan ibarət idi ki, burada hər dörd ildən bir gecə-gündüz artıq qalırdı. Buna görə də Sozigen adlı Misir astronomu hər dördüncü ilin 366 gün hesablanmasının məqsədəuyğun olduğunu irəli sürdü.
Həmin Günəş sistemli təqvim eramızdan 46 il əvvəl Romada Yuli Sezarın fərmanı ilə rəsmi olaraq qəbul edildi.
Eramızın 325-ci ilində Nigey kilsəsinin təsdiqindən sonra həmin təqvim xristianlar tərəfindən Yulian təqvimi kimi qəbul olundu.
Bu Günəş sistemli təqvim Roma papası XIII Qriqori tərəfindən daha da dəqiqləşdirildi. Həmin ildə bu təqvimi İtaliya, İspaniya, Portulaqiya, Belçika,
Fransa, Danimarka; 1700-cü ildə Almaniya, Norveç; 1752-ci ildə İngiltərə; 1873-cü ildə Yaponiya; 1911-ci ildə Çin; 1925-ci ildə İran; 1926-cı ildə isə Türkiyə qəbul etdi. Rusiyada bu təqvim 1918-ci ildə qəbul olunmuşdur.
Hazırda bir sıra müsəlman ölkələrində (Səudiyyə Ərəbistanı, İraq, Yəmən, Misir, Suriya, Livan, Əlcəzair, Liviya, Tunis, Mərakeş, Pakistan, Banqladeş, İndoneziya, Küveyt, Oman, Sudan və s.) əsasən qəməri təqvimindən istifadə edilir. Türkiyə, İran və Əfqanıstanda isə Günəş sistemli təqvimlə yanaşı, qəməri təqvimdən də istifadə olunur.

Bəs bir sıra ölkələrin istifadə etdikləri miladi və hicri tarixlər nə vaxtdan hesablanır?

Hazırda işlədilən tarixlərin əksəriyyətinin başlanğıcı müəyyən hadisənin adı və ya əmələ gəlməsilə müəyyənləşmiş və rəsmi olaraq qəbul edilmişdir. Məsələn, hazırda bir sıra ölkələrin, o cümlədən MDB-nin işlətdiyi miladi tarix İsa peyğəmbərin anadan olduğu gündən hesablanır. Miladi tarixi qəbul etməyi eramızın IV əsrində Roma monarxı Dionis məsləhət görmüşdü. Bu məsləhəti İtaliya 532-ci ildə, Fransa VIII əsrdə, Rusiya isə 1699-cu ildə qəbul etmişdi. Miladi tarix Günəş sistemli təqvimə əsaslanır.
Müsəlman ölkələrinin işlətdiyi hicri tarix Həzrət Məhəmmədin (s.ə.s.) Məkkədən Mədinəyə köçməsi - Hicrət etməsi ilindən (miladi 622-ci il 16 iyuldan hesablanır ki, bu tarix də ikidir: hicri-qəməri və hicri- şəmsi).
Ərəblər hələ eramızdan min il əvvəl qəməri təqvimi işlədirdilər. Buna görə də hicri tarix qəbul olunanda qəməri təqvim əsas götürüldü və hicri-qəməri adlan- dırıldı.
Ərəblərdə hicri tarixi xəlifə Ömər tərəfindən miladi 638-ci ildə rəsmi olaraq qəbul edilmişdi.

Hicri-qəməri aylar aşağıdakılardır:

1. Məhərrəm - 30 gün (bu ay ərəblərdə müqəddəs sayılır. Qədimdə ərəblər həmin ayda müharibə etməzdilər. Kərbəla faciəsi –Hz. Hüseyn və onun tə- rəfdarları bu ayda şəhid edilmişdir).
2. Səfər - 29 gün («sarı ay deməkdir, həm də «yola düşmək» mənasını verir).
3. Rəbiül-əvvəl - 30 gün (rəbi «yaz» deməkdir).
4. Rəbbiül-axir - 29 gün.
5. Cəmadiyəl-əvvəl - 30 gün (cəmədə «soyuma» deməkdir)
6. Cəmadiyəl-axir - 29 gün.
7. Rəcəb - 30 gün («müharibədən, hücumdan özünü saxla» deməkdir, həm də «ibadət et» mənasını verir).
8. Şaban - 29 gün («getmə» deməkdir, həm də «şöbələr» mənasını verir).
9. Ramazan - 30 gün («orucluq ayı», «yanma», «çox isti» mənasını da verir).
10. Şəvval - 29 gün («qaldır apar» deməkdir, «qalxmaq», «yola düşmək» mənasını verir).
11. Zilqədə - 30 gün («evdə otur» deməkdir).
12. Zilhiccə - 29 (30) gün («həcc ayı» deməkdir. Bu ayda ərəblər, ümumiyyətlə bütün müsəlmanlar Kəbəni ziyarət edirlər).
Hicri-şəmsi tarix İranda 1925-ci ildə qəbul olunmuşdur. Bu tarix Günəş sistemli təqvimə əsaslanır, il (365 gündür). Hicri-şəmsi tarixin birinci altı ayı 31 gün, sonrakı beş ayın hər biri 30 gün, sonuncu 12-ci ay isə adi illərdə 29 gün, hər dörd ildən bir 30 gündür.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)