Gavalı Salatı

Ərzaqlar:
1 ədəd toyuq filesi
4 ədəd soğan
4 ədəd kök
1 ədəd konservləşdirilmiş göbələk
150 qr gavalı
"Bizim Süfrə" limonlu mayonezi
Bitki yağı
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
1.Fileni qaynadıb didirik və duz-istiot vururuq
2.Üzərinə bitgi yağında qızardılmış soğanı əlavə edirik
3.Üzərinə mayanez çəkirik
4.Kökü sürtkəcin kiçik gözündən keçirib bitgi yağında 1 az qızardırıq və duz-istiot vururuq
5.Gavalını xırda-xırda doğrayıb kökün üzərinə əlavə edirik
6.Göbələyi xırda-xırda doğrayırıq,bitgi yağında qızardrıq,gavalının üzərinə əlavə edib duz-istiot vururuq
7.Mayanez vururuq
8.Üzərini zövqümüzə görə bəzəyirik (mən sarı pendirdən istifadə etdim)
Hər kəsə nuş olsun!!!