Qurudulmuş Ətli Sürhüllü

 

Tərkibi:

1 kq. un

1 kq. qurudulmuş ət (normal ət də ola bilər)

1 x.q. tomat pastası

3-4 ədəd alça qurusu

5-6 diş sarımsaq

2 ədəd soğan

“Azərduz” yodlu narın xörək duzu, istiot

 

Hazırlanması:

Əvvəlcə çox bərk olmayan xəmir yoğururuq. Xəmirə duz vurulmur. Xəmir 5-10 dəq mayalandıqdan sonra, şəkildə gördüyünüz kimi uzununa kəsilir. Uzununa kəsilmiş xəmirləri barmaqlarımızın ucu ilə yumrulayırıq. Sonra xırda kvadrat formada kəsirik. Ayırdığımız xırda hissələri bir-bir şəhadət barmağımızı basmaqla çəkirik. Çəkilmiş xəmiri əlimizlə bir qədər dartıb uzadırıq ki, qalın olmasın. Unlayıb ayrı-ayrı yığırıq ki, bir-birinə yapışmasın. Qazanda su qaynadıb, duz əlavə edirik. Çəkdiyimiz sürhüllüləri bir-bir qaynayan suya əlavə edirik. Sürhüllülər bişəndən sonra sudan çıxarıb qablara yığırıq. Başqa bir qazana quru ət qoyub üzərinə xırda doğranmış soğan və 3 stəkan su əlavə edirik. Hər ikisi birlikdə 15 dəqiqə qaynadıqdan sonra, üzərinə 3-4 ədəd alça qurusu və 1 xörək qaşığı tomat pastası əlavə edib ocaqdan götürürük. Hazır şorbadan bolluca sürhüllülərin üzərinə gəzdiririk, üstündən ətini də qoyuruq. Sürhüllümüz hazırdır. Süfrəyə turşu və sarımsaqla verilir.

 

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)