Buxarda Toyuq Ruleti

 

 

Ərzaqlar: 

500 qram toyuğun döş əti

100 qram göbələk

100 qram yerkökü

200 qram Holland pendiri

3 x/q xama

3 x/q soya sousu

1 dəstə şüyüd

duz, istiot

Yeyinti örtüyü

 

Hazırlanması:

Göbələkləri nazik doğrayıb tavaya bir balaca yağ əlavə edirik. Göbələyin üzərinə sousu və xamanı əlavə edib suyu çəkilənədək qovururuq. Döş ətini iki yerə bölürük, hər iki üzünü ətdöyənlə döyürük. Yeyinti örtüyünün üzərinə yerləşdirdiyimiz ətin bir üzünə soya sousu, digər üzünə  xama çəkib, göbələyi, şüyüdü və pendirin yarısını əlavə edirik. Digər ətə isə yerkökü və qalan pendiri də əlavə edirik. Ruletləri 35 dəqiqə buxarda bişiririk. Hazır ruletlər servis edilə bilər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)