Donut

Ərzaqlar
3 stəkan süd ( otaq istiliyində )
1 paket maya
50 qr kərə yağı ( yumşadılmış )
8 x.q toz şəkər
2 ədəd yumurta (yüngül çırpılmış )
yarım çay qaşığı duz
1 paket vanil
6,5 stəkan un
şokoladlı sous üçün
150 qr südlü şokolad
1 x.q kərə yağı
Hazırlamnası
Süd, maya, şəkər, duz, yumurta və unun bir qismi dərin bir qabda yoğurulur. Kərə yağı, vanil və qalan un əlavə olunaraq yumşaq xəmir halına gətirilir. 1 saat dinlənən xəmiri açırıq və şəkildəki kimi kəsirik. Çox qızğın olmayan yağda, orta atəşdə hər iki tərəfi bərabər qızarana qədər bişirilir. Qızaran donutları kağız salfet sərilmiş nimçədə tamamilə soyuyana qədər gözlədilir. Donutların üst qismi əvvəl şokolada sonra istəyə görə hindistan qozu, püstə və ya şokolad şəkərlərinə batırıla bilər.
Nuş olsun!