Ən Gözəl Adlar "O"nundur

Jurnalımızın bu sayından etibarən “Əsmayi-Hüsna” adlı yeni rublika açırıq. Giriş yazımızla başladığımız bu səhifədə hər ay “Əsmayi-Hüsna”dan bir və ya bir neçə adla yaxından tanış olacaqsınız. Bizə şah damarımızdan daha yaxın olan Rəbbimizi yaxından tanımaq ümidilə…

 

“Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur!” (Ta-Ha 8)

“O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Həşr 24)

İnsan həyatın harasında olursa olsun, qarşısında duran ilk vəzifə Yaradanı ilə əlaqəsini düzəltməsidir.

O Allah ki, bizə şah damarımızdan daha yaxındır.

O Allah ki, harada olmamızdan asılı olmayaraq bizimlə bərabərdir.

O Allah ki, yaradılış məqsədimiz Onu tanımaq və Ona qulluq etməkdir.

Hz. Məhəmməd (s.ə.s.) buyurur:

“Şübhəsiz ki, Allahın yüzdən biri çıxmaqla doxsan doqquz adı var. Kim bu adları sayarsa, (mənasını anlayaraq əzbərləyib sayar və ona uyğun əməl edər) cənnətə girər” (Buxarı, Şurut 18 Muslim, Zikr 5-6).

Onun adlarından söz açarkən təbii ki, ilk növbədə “Allah” ismi-cəlalı yada düşür. Çünki “Allah” ləfzi bildiklərimizin və bilmədiklərimizin, gördüklərimizin və görmədiklərimiz, bütün aləmlərin Rəbbinin 99 adlarının bütün özəlliklərini özündə toplayan ən əhatəli və xüsusi addır.

Bu ad sadəcə Haqq-Təalanın zatına məxsusdur, başqa heç bir varlığa bu ad verilməmişdir. Heç bir dildə qarşılığı və tərcüməsi yoxdur.

“O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!”. (Məryəm, 65)

Allah adının ərəbcə yazılışının hərflərini bir-bir ələ alsaq belə mənası dəyişmir.

Adın başındakı həmzəni götürsək “lilləhi” olur. Bu da “Allah üçün”, “Allaha aid” deməkdir.

Allah adında əlif və lam götürülsə “ləhu” olur, bu da “Onun” deməkdir.

Addakı ikinci lamı da götürsək sadəcə “hə” hərfi qalır ki, bu da Zati-Kibriyaya dəlalət edir: Huu…

Ən maraqlısı da odur ki “hu” hərfinin məxrəcinin çıxış yeri döş qəfəsi və ciyərlərdir. Buna görə də nəfəs alan hər bir canlı iman etsə də, etməsə də hər nəfəs alışında “Hu” deməkdə və Allahı zikr etməkdədir.

“Allah” kəlməsi bütün digər adları məna cəhətilə özündə topladığı üçün “İsm-i Azamdır”.

Və son nəfəsdə can əmanətini hüzurla təslim etmək üçün dilini zikrə alışdır və “Allah” de.

“Dostum”, “Vəkilim”, “Sahibim”, və “Yardımçım” yalnız Allahdır və sadəcə onun rizasını qazanmaq üçün həyat yolunda yürü!

O Allah ki, qulunu yalnız buraxmaz!

O Allah ki, qulunu qoruyar, mühafizə edər!

O Allah ki, qulunu sevər!

O Allah ki, qulunun günahlarını bağışlayar, eyiblərini örtər!

O Allah ki, qulu özünə bir addım gəlsə, ona on addım yaxınlaşar!

Gəl dostum! Rəbbini isimləri ilə tanı və yalnız Ona qulluq et, yalnız Ondan istə!

Bəzi narahatlıqlar və ona şəfa verəcək “Əsmaül-Hüsna”

 

Əsmayi-Hüsnadan bəzi adların zikr edilməsi müəyyən xəstəliklərə şəfa, yaşanan narahatlıq və çətinliklərə əlac olar. Bunların bir neçəsi belədir:

Qulaq ağrısı üçün əs-SƏMİ

Onurğa ağrıları üçün əl-CABBAR

Saç üçün əl-BƏDİ

Əzələ ağrıları üçün əl-QAVİ

Ürək əzələləri üçün ər-RƏZZAQ

Aorta damarı üçün əl-CABBAR

Xərçəng xəstəliyi üçün: CƏLLƏ CƏLƏLUH

Burundakı narahatlıqlar üçün LƏTİF-ĞANİ-RAHİM

Ayaq ağrıları üçün: ər-RAFİ

Göz damarları üçün əl-MUTƏAL
 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)