Toyuq Xəngəli

Tərkibi:

Xəmir üçün

1 ədəd yumurta

1 st.qatıq

Lazım olan qədər un

 Azərduz yodlu narın xörək duzu

 

İçlik üçün

Toyuq filesi

3 ədəd baş soğan

1 dəstə keşniş

1 dəstə şüyüd

1 dəstə soğan

Azərduz yodlu narın xörək duzu, istiot, sarıkök

 

Hazırlanması:

Əvvəlcə xəmiri hazırlayaq. Yumurtanı, qatığı, duzu və unu qatıb, bərk xəmir yoğururuq.

Xəmiri 4 hissəyə bölüb qoyuruq kənara. Sonra isə soğanı uzun-uzun doğrayırıq. Toyuq filesini suda bişirib didirik. Sonra isə soğanı zəif odda qızardırıq, qızarana yaxın toyuqları da soğanın içinə tökürük, azca qızardırıq. Duz,istiot ,sarıkök əlavə edirik. Artıq toyuqla soğanımız hazırdır. İndi isə göyərtiləri xırda-xırda doğrayıb, duz ,istiot əlavə edirik. Xəmirimizi yayıb bu formada kəsirik, göyərtiləri də içinə qoyub bükürük. Bükdükdən sonra hazırladığımız toyuğun üstünə düzürük. Toyuq suyunu üzünə çıxanadək tökürük. Zəif atəşdə bişiririk.  Azca suyu qalanda götürürük. Budur, xəngəlimiz hazırdır, istəyən qatıqla da yeyə bilər.

NUŞ OLSUN!

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)