Ər-Rahman, Ər Rəhim

Ər-Rəhman dünyada  yaxşı ya pis, mömin ya kafir də olsa heç bir fərq qoymadan nemətini bütün qullarına verən, hər kəsə sonsuz mərhəmət göstərən deməkdir.

“Rəhmət”, bağışlama, şəfqət, ehsan mənalarını daşıyır. Peyğəmbərimiz (s.ə.s.) Allahın rəhmətini belə dilə gətirir:

“Şübhəsiz, Allahın yüz rəhməti var. Onlardan biri səbəbilə məxluqat bir-birinə qarşı mərhəmət edər. Doxsan doqquzu isə qiyamət gününə aiddir”.

Kainata təfəkkürlə baxan hər göz yaradılmış bütün məxluqatın naxış-naxış, mərhəmətlə işləndiyini görər.

“(Allah) öz mərhəmətindən dolayı sizin üçün gecəni (qaranlıq) və gündüzü (işıq) yaratdı ki, (gecəni) dincələsiniz, (gündüzü isə) Onun lütfündən ruzi diləyib axtarasınız. Bəlkə, (bu nemətə görə Allaha) şükür edəsiniz!” (Qasas, 73).

Bu sonsuz kainatı canlandıran, işıqlandıran məhz elə bu “Rəhmət”dir!

Bu sonsuz kainatı bir-birinə dəymədən, hər biri ayrı-ayrı ehtiyaclar içində olan minlərlə heyvan və bitki növünün heç birini unutmayıb möhtəşəm bir nizamla qoruyan, idarə edən yenə o ilahi rəhmətdir!

Ağac budağındakı kiçik bir quş dimdiyindəki soxulcanı balasının ağzına rəhmətlə qoyar.

Balaca bir toyuq balalarını qanadlarının altına rəhmətlə alar.

Buludlar göy üzündən rəhməti yer üzünə endirərlər və hər bir yağış dənəciyini bir mələk gətirər. Beləliklə ilahi rəhmətin böyüklüyünü göstərərlər.

“Küləkləri rəhməti (yağışı) önündə müjdəçi olaraq göndərən də Odur. Biz göydən tərtəmiz su endirdik ki, Onunla ölü bir yerə can verək, yaratdığımız heyvanları və bir çox (bütün) insanları sirab edək!” (Furqan, 48-49)

Bir böyük ağacı bütün varlığı ilə meyvə verməyə yönəldən o Allah, bütün kainatı da, kainatın meyvəsi olan insana yönəltmiş və onun öhdəsinə buraxmışdır.

Qurani-Kərimin Rəhman surəsinin  ilk ayələrində belə buyurulur:

“Rəhman! (Mərhəmətli olan Allah!), (Öz peyğəmbərinə) Quranı öyrətdi. İnsanı yaratdı. Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.”

Adəm övladına ağıl bəxş edən Allah ondan yaradanını tanımasını və Ona şərik qoşmadan qulluq etməsini istəyir. Bir qüdsi hədisdə buyurulur: “Ey Adəm oğlu, sən yer üzünü dolduracaq qədər günah işləsən və bu günahlarla hüzuruma gəlsən, lakin mənə heç bir şərik qoşmamış olsan, şübhəsiz ki, mən də səni dünya qədər məğfirətlə qarşılayaram” (Tirmizi, Dəavat, 106).

Kainatı insanın əmrinə verən o uca Yaradan bu qədər nemətlərinin əvəzində qulundan sadəcə bir şükür, saf və ciddi bir hörmət gözləyir.

İki cahan sərvəri Məhəmməd Mustafa (s.ə.s.) buyurur ki: “İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz”. (Muslim, Tirmizi)

Ər-Rəhim

Allahın ər-Rəhim adı bağışlayan, əsirgəyən, axirətdə mərhəmətini və nemətlərini yalnız mömin bəndələrinə həsr edən deməkdir. Ər-Rəhim ismi Qurani-Kərimdə 115 dəfə zikr edilir.

Allah Rəhman və Rəhimdir!

Bəqərə surəsinin 163-cü ayəsində buyurulur:

“Sizin ilahınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, Rəhmandır, Rəhimdir (rəhmlidir, mərhəmətlidir)”. Rəbbimiz qullarına olan mərhəmətini bildirmək üçün Rəhman və Rəhim adlarını bəsmələdə birlikdə zikr etmişdir. Uca Rəbbimizin sonsuz sifətlərini özündə cəm edən Allah ismi ilə başlayan və hər xeyirli işin açarı sayılan bismillah ər-Rəhman və ər-Rəhim adları ilə davam etmişdir. Qurani-Kərimin ayələrinə və Rəsulullahın hədisi-şəriflərinə nəzər saldıqda görürük ki, Allahın Rəhman sifəti bu dünyada mömin-kafir ayrı-seçkilik etmədən bütün insanlara, məxluqata təcəlli etmişdir. Rəhman ismindən hər bir insan faydalanmışdır. Lakin Rəhim ismi-cəlili qiyamət günü yalnız inananlara təcəlli edəcəkdir.

Əsmayi-Hüsnadan bəzi adların zikr edilməsi müəyyən xəstəliklərə şəfa, yaşanan narahatlıq və çətinliklərə əlac olar.

Qara ciyər üçün ən-Nafi

Ağ ciyər üçün ər-Rəzzaq

Dizlər üçün ər-Rauf

Ürək üçün ən-Nur

Ürək damarları üçün əl-Vəhhab

Sinir üçün əl-Muğni

Göz ağrısı üçün ən-Nur, əl-Bəsir, əl-Vəhhab

Mədə üçün ər-Rəzzaq

Böyrək ağrısı üçün əl-Hayy

 

 

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)