Günəş ulduz kimi

Bəs günəşin saçdığı enerjinin bir sonu varmı?

Ət-Təkvir surəsi, ayə 1, 2, 3.

“Günəş (əmmamə kimi) sarılıb büküləcəyi (sönəcəyi) zaman; Ulduzlar səpələnəcəyi zaman; Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman...”

Nəzəri tədqiqatlar göstərir ki, hidrogen tam yanıb qurtardıqdan sonra Günəş daha enerji saçmayacaq və Ağ cırtdan tipli ulduza çevriləcək ( bu cür ulduzlar haqqında biz ulduzlarla bağlı mövzuda məlumat verəcəyik). Ancaq təşvişə düşməyə heç bir əsas yoxdur, çünki günəş tipli ulduzlarda hidrogenin tam yanıb qurtarması üçün 10 milyard ildən də artıq vaxt lazımdır. Deməli, Günəşin yaşını 4,5 milyard il qəbul etsək, onda Günəş bundan sonra ən azı daha 5 milyard il beləcə dayanmadan işiq və enerji saçacaqdır! Deməli, əgər Günəş fövqəladə hal yaşamasa təxminən 5 milyard il beləcə dayanmadan işıq və enerji saçacaqdır. Günəş hər saniyədə 4 milyon ton kütlə itirir. Günəş işıq saçmadığından Yer planetində həyatın sonu olacaq. Fövqəladə hal dedikdə, əgər Allah dilərsə Qiyamətin daha tez də baş verə biləcəyini nəzərdə tuturuq. Bu qeyd etdiklərimiz aşağıdakı Quran ayəsində aydın şəkildə öz əksini tapmışdır.

Qurani-Kərim, Əraf surəsi, ayə 187.

“(Ya Rəsulum) səndən o saat (Qiyamət) haqqında soruşsalar ki, nə vaxt qopacaq? De: O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!”

Ayətdən göründüyü kimi Qiyamətin vaxtı ancaq Allah dərgahında məlum olan bir gündür.

Biz buna QİYAMƏT deyirik, siz, möhtərəm oxucu, istərsəniz buna SON, istərsəniz də QİYAMƏT deyin.

Günəşin mövcud kimyəvi tərkibi Günəşin daima mövcud olmadığını və onun bəlli bir zamandan bəri yarandığını sübut edir. Əgər Günəş sonsuz zamandan bəri mövcud olsaydı hidrogen tamam yanıb qurtarmış olardı. Yaranma varsa, deməli, son da var. Əbədi və əzəli varlıq yalnız Allahdır.

Qurani-Kərim, ər-Rəd surəsi, ayə 2.

“Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxtda (dünyanın axırına-qiyamətə) qədər (səmada dolanan) Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri belə müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!”

Ayətdən göründüyü kimi Günəşin müəyyən vaxta qədər samada dolanması birmənalı şəkildə Qurani-Kərimdə qeyd olunmuşdur. Elmi dəlillər də Quranın 14 əsr bundan öncə söylədiyi həqiqəti təsdiq etməkdədir. Bütün bu dəlil və sübutlardan sonra bəlkə inamı olmayanlar imana gələlər!

Bəs, Günəş hansı kimyəvi tərkibə malikdir?

Aparılan tədqiqatlar göstərir ki, Günəş kimyəvi tərkibinə görə 63% hidrogendən, 35% heliumdan və yerdə qalan 2%-i isə digər kimyəvi elementlərdən təşkil olunmuşdur. Qeyd etmək lazımdır ki, gündəlik həyatda rastlaşdığımız oksigen, dəmir, aliminium və digər kimyəvi elementlər də bu cür istilik nüvə reaksiyalarının nəticəsində yaranır. Bu qədər böyük enerjinin yalnız çox cüzi bir hissəsi, yəni 2 milyardda bir hissəsi bizim Yer planeti istiqamətində gəlir. Həmin enerjini biz cəmi 15 dəqiqə ərzində toplaya bilsək, bütün Yer kürəsində yaşayan insanların bir illik enerjiyə olan tələbatını ödəmək mümkün olardı.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)