Dadlı Qurabiyə

Xəmiri üçün:

250 q  kərə yağı

1 x.q şəkər tozu

3 x.q qatıq

1 paket qabartma tozu

4  stəkan un

İçlik üçün:

Yarım litr süd

Yarım  stəkanı un

1 ədəd yumurta

5 x.q şəkər tozu

50 q marqarin

Üzərinə pudra şəkəri

Hazırlanması:

Əvvəlcə kiçik bir qazana yarım litr südü qoyuruq. İçinə 1 yumurtanı, 5 x.q-ı şəkər tozunu, yarım stəkanı unu, 1 barmaq qalınlığında kəsdiyimiz marqarini (50 qr) qoyub  qazın üzərində qarışdıra-qarışdıra bişiririk.

Dərin bir qaba 4 stəkən unu, 1 x.q-ı şəkər tozunu, 3 x.q-ı qatığı, 1 paket otaq istiliyində olan marqarini, qabartma tozunu qoyub xəmiri yoğururuq. Xəmirdən iri qoz böyüklüyündə parça götürüb yayırıq. İçinə 1 x.q-ı  içlikdən qoyub şəkərbura kimi bükürük. Stolun üzərində əlimizlə düzəldib oval forma veririk. Yağlanmış və ya yağlı kağız sərilmiş soba qabına qoyub 170 dərəcədə qızartmadan bişirmək lazımdır. Soyuyan qurabiyələrimizin  üzərinə şəkər pudrasını səpirik. Nuş olsun!

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)