Arzuman Küftəsi

Ərzaqlar:

800 qr  qoyun əti

200 qr mal əti

850-900 qr-lıq  toyuq

1 ədəd soğan

Duz,  istiot

 nanə, sarıkök, turşu 

2 ədəd yumurta

 

Hazırlanması:

İlk olaraq  əti maşından keçirdirik. Ətə 1 yumurta, soğan, duz, istiot, sarıkök vurub əlimizlə yaxşı-yaxşı qarışdırırıq. Əti tam yumşaq hala salana kimi  yoğururuq. Daha sonra  toyuğu  yuyub suyu süzüləndən sonra  dərisini tam soyuruq və turşu urubu ilə hər tərəfini  urublayırıq. İçərisinə bişmiş yumurtanı qoyub ayaqlarını bir-birinə iplə bağlayırıq. Toyuğumuz hazırdır. İki metr cunanı üç yerə qatlayırıq  və  əti tam ortasından qoyub  yayırıq. Sonra toyuğu üzərinə qoyub  şəkildə göstərilən formada bükürük və  cunanı möhkəm bağlayırıq. Bir qazana  su  töküb qaynadırıq. Qaynadıqdan sonra  içərisinə  kartof, azca  duz , istiot  və  küftəni əlavə edib vam atəşdə 2 saat bişiririk. Sonra  uzun  çöplə  yoxlayırıq ki, içinin tam bişdiyinə əmin olaq. Arzuman küftəmiz hazırdı . Süfrəyə isti servis etmək lazımdır. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)