Yaşıl mərcili əriştə supu

Ərzaqlar:

1 stəkan yaşıl mərcimək

½ stəkan ərişdə

3 y.q. qiymə

1 ədəd soğan

1y.q. un

2 y.q. tomat pastası

2 y.q. quru nanə

3 y.q. kərə yağı

Duz 

Hazırlanması:

Mərciməyi yuyub axşamdan ilıq suya qoyun. Soğanı xırda doğrayıb 1 yemək qaşığı kərə yağında qovurun. Qiyməni əlavə edin, qovurduqdan sonra unu da əlavə edin. Tomat pastasını əlavə edib 4 stəkan qaynar su tökün. Mərciməyi qatıb qaynamağa qoyuruq. Mərcimək yumuşayanda duz və ərişdəni əlavə edirik. Ərişdə bişəndən sonra ocaqdan götürürük. Qalan kərə yağını tavada qızdırırıq, üzərinə nanəni töküb ərişdə supuna qatırıq.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)