Kumpir

2 ədəd orta boy kartof

2 x.q. kərə yağı

250 qr. kaşar pendiri

Yumru doğranmış qara və yaşıl zeytun

1 ədəd orta böyük xiyar turşusu

Qr. bişmiş qarğıdalı

Qr. qarox

Mayonez, kutçup

Duz, istiot

Hazırlanması:

İlk kartofları suda qaynadırıq (sobada da bişirmək olar). Kartofları qaynar-qaynar soyub duz, kərə yağı və kaşar pendiri əlavə edib yaxşıca qarışdırırıq. Diqqət etməliyik ki, kartoflar düyün-düyün qalmasın. Sonra boşqaba çox da nazik olmamaq şərtilə yayırıq, üzərinə qat-qat xırda doğranmış xiyar turşusu, qarğıdalı, qarox, qara və yaşıl zeytun yayırıq. Sonda da ketçup və mayonez tökürük. Nuş olsun!

Qeyd: kumpirə istədiyiniz salat (staliçni, toyuq salatı,göbələk salatı) hazırlayıb tökə bilərsiniz.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)