Quru Çörək Şirniyyatı

Ərzaqlar:

12 ədəd quru çörək

Şərbəti üçün:

1,5 st. şəkər tozu

2 st. su

Krem üçün:

1lt. süd

6 x.q. un

6 x.q. şəkər tozu

2 x.q. qarğıdalı nişastası

1 paket vanil

1 x.q. kərə yağı

Üzəri üçün:

1 paket kremşanti

1st. süd

Xırdalanmış qoz ləpəsi

Hazırlanması:

Əvvəlcə şərbəti hazırlayaq. Qazana şəkər tozunu və suyu töküb qaynadırıq. 12 ədəd quru çörəyi (suxari) şüşə qaba düzürük. Üzərinə şərbət əlavə edirik. Kremin hazırlanması üçün kərə yağı xaric bütün ləvazimatları bir qazana töküb çalırıq. Sonra qarışdıra-qarışdıra bişiririk. Bişdikdən sonra bu qarışımı 5 dəqiqə dinləndiririk. Dinləndikdən sonra quru çörəklərin üzərinə əlavə edib yayırıq.

Şantini soyuq südlə çalıb soyuq qarışımın üzərinə töküb yayırıq. Diqqət etməliyik ki, qarışım soyuq olsun. Sonda xırdalanmış qoz ləpəsini qarışımın üzərinə səpib streç ilə agzını bağlayıb soyuducuya qoyuruq. 5 saat soyuducuda saxlayıb süfrəyə vermək olar. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)