Əs-Salam, Əl-Mümin

Hər cür nöqsandan əmin olan, başqalarını da pisliklərdən, məşəqqət, minnət və qüsurlardan qurtarıb salamatlığa çıxardan deməkdir.

Müsəlmanlar qarşılaşdıqlarında Allahın (c.c) əs-Salam (varlıqlara əmin-amanlıq və afiyət verən) adı ilə bir-birlərinə dua edərlər. Görüşərkən işlədilən heç bir söz Allahın Salam adı ilə verilən salamdan, yəni "Əs-Sələmu aleykum (Salam olan Allahın bərəkəti, fəziləti üzərinizə olsun)", yaxud da "Və-Aleykum Salam (Salam olan Allahın bərəkəti, fəziləti sizin də üzərinizə olsun) "deməkdən daha üstün ola bilməz. Çünki Allah (c.c) bu gözəl adıyla könüldən gələn yaxşı diləkləri qəbul etdiyi kimi hədislərdən də aydın olacağı üzrə bu cür salamlaşmalarda tərəflərə savab da verir:

Peyğəmbərimiz (s.ə.s) hər namazdan sonra "Allahummə əntəs-Sələmu və minkəs-sələm" "Allahım! Salam Sənsən və salamatlıq Səndəndir" buyurmuşdur. (Müslim, Tirmizi, Salət, 224)

"Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!" (Ənam, 54).

Uca Yaradan bizdən salamlaşmamızı istəyir. Bir ayeyi-kərimədə buyurur:

"Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan baxımından) sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız (və həmişə yadda saxlayıb ona əməl edəsiniz)." (Nur,27)

Digər tərəfdən "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır." (Nisa, 86) byurularaq verilən salamın alınması istənmişdir.

İki cahan sərvəri Məhəmməd Mustafa (s.ə.s) də "Salamı aranızda yayın" (Tirmizi, Qiyamət, 57) buyuraraq, ümmətinə iki möminin bir-birinə edə biləcək ən böyük duanı öyrətmişdir.

Dinimizdə boş evə girərkən də mələklərin salamlanması salamın əhəmiyyətini göstərir.

Dünya gözəldir, bütün sıxıntılara, bütün acılara, imtahanlarına dəyəcək qədər gözəldir. İnsanlar üçün Allaha qovuşmağın yolları ilahi qədər ilə sadəcə dünya həyatında göstərilmişdir. Dünya "Axirətin tarlası" olaraq yaradılmış və "ömür" adlı zamanda nə əksək onu biçəcəyimiz bildirilmişdir. Ölüm ilə "əməl dəftərləri" bağlanır.

Deməli, "ömür" adlı zaman qatarında yolçu olan bizlər son dayanacağımızın "Salamatlıq yurdu" olmasına çalışmalıyıq. Allah-Təala biz qullarını həmin yurda belə səsləyir: "Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin" (Ali-İmran, 133).

Ey Salam olan Allahım! bu dünyada "Salam" adının təcəlliləri ilə yaşamağı, bizlərlə qarşılaşan hər insana "əmin-amanlıq" gətirməyi, Məhşər yolçuluğuna salamat çıxmağı və "Darus-Salam" da qonaqlamağı nəsib eylə. Amin.

Əl-Mümin

əl- Mümin etimad edən, inanan qullarını qorxu və narahatlıqdan  əmin edən deməkdir.  Allahın bu ismi eyni zamanda inanan qullarına da şamil edilir. Mümin olan Allah qoruyan, əmin-amanlıq bəxş edəndir. Mümin olan Allaha iman gətirən möminsə Onun himayəsində hər cür təhlükədən uzaq olandır.

Bir adam Kəlmeyi-şəhadət (Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Muhammədər- Rəsulullah) ilə İslam dininə girər. Müsəlman olar. Allahın (c.c) əmr və qadağanlarına göstərdiyi etina ilə möminlik xüsusiyyətinə yüksələr. Amma içərisində hər zaman son nəfəsdə iman sahibi olub olmamaq mövzusunda bir qayğı yaşayar. Bir cür sonundan əmin ola bilməz. Bu da əslində imanda axtarılan bir xüsusiyyətdir. Bir müsəlmanın mömin olub-olmadığını ən yaxşı Allah (c.c) bilir. Buna görə də İmam Şafii həzrətləri (rəh.a.) "İnşallah müminəm." -demişdir. Təbii, bu, son nəfəsdə imanın insana nəsib olub-olmaması ilə əlaqədar bir qayğının nəticəsində söylənmişdir. Yoxsa insanın yaşayarkən imanında bir şübhəsi olmamalıdır.

Furqan surəsində möminlərə "Rəhmanın qulları" deyilərək Rəbbin qatından əsən rəhmət küləkləri ilə ruhları sərinlədilir. "Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər."

Allah mömin qulunu dünyada və axirətdə də yalnız qoymaz. Dünyada qulunun imanını artıraraq mənəvi yöndən hüzur, güvən verərək dünya həyatının acılarına və çətinliklərinə qarşı güclü edər. Sadəcə Allaha arxalanmağı öyrədərək dünya həyatını hüzurlu keçirməsini təmin edər. Uca Yaradan hər cür çətinliklər qarşısında inanan qulları ilə bərabər olduğunu xatırladır və həyat savaşında insanın taqətdən düşdüyü anlarında üzərinə səkinət endirərək rahatlıq verər. Çünki O, əl-Mümindir!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)