Çaylı keks

 

Lazımi ərzaqlar:

4 ədəd yumurta

2  stəkan şəkər tozu

1  stəkan soyuq çay (dəmli)

1  stəkan ərinmiş marqarin

3  stəkan un

1 x.q darçın

1 paket qabartma tozu

3 x.q kakao

Yarım  stəkan iri doğranmış fındıq

Hazırlanması:

Əvvəlcə yumurta və şəkər tozunu mikserlə çalırıq.

1  stəkan çayı töküb qarışdırırıq. Sonra marqarini əlavə edib, yenə qarışdırırıq.

Digər tərəfdə ələnmiş unu, darçını, qabartma tozunu, kakaonu və fındığı bir yerdə qarışdırırıq.

Yağlanmış və un səpilmiş keks qabına töküb, 170 dərəcəli sobada təxminən 40 dəq. bişiririk.

 Bir az soyuduqdan sonra şəkər pudrası və ya şokolad qlazuru ilə bəzəyə bilərik. 
P.S. Sobaya görə bişmə vaxtı dəyişir.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)