Sobada badımcan börəyi

Ərzaqlar:

 

2 kq. badımcan

1 kq. pomidor -

1 dəstə təzə nanə

3 diş sarımsaq

3 ədəd yumurta ağı

1 s.t (rəndələnlmiş) holland pendiri

1 su stəkanı tulum pendiri

Maye yağ

Duz

Pul bibər

 

Qızartmaq üçün:

Duru yağ

 

Hazırlanması:

Badımcanların bütün qabıqlarını soyub bir barmaq qalınlığında uzununa kəsərək duzlu suda gözlədin. Təzə nanə yarpaqlarını yuyub xırda-xırda doğradıqdan sonra, rəndələdiyiniz holland pendirini, ovduğumuz ağ pendiri və kifayət qədər pul bibər ilə əzmədən qarışdırın.

Qabığı soyulmuş pomidorları və sarımsaqları xırda-xırda doğrayıb birlikdə duru yağda qovurun. duz və qara bibər əlavə edin. Yumurta ağlarını bir çimdik duz ilə qar kimi olana qədər çırpın. Badımcanları süzüb yumurta ağlarına bulayaraq duru yağda kızartdıqdan sonra salfetka üzərində yağını süzün.

Sobaya dayanıqlı şüşə qabın dibinə bir-iki qaşıq pomidor sousu yayın. Qızartdığınız badımcan dilimlərini nimçəyə bir qat düzün. Üzərinə pendirli qarışıqdan, bir az da pomidor sosundan əlavə edin. Təkrar badımcan dilimlərini düzüb sırası ilə pendir və pomidor sousu tökərək badımcanlar bitənə qədər qaba düzün.

Üstünə ya holland pendiri rəndəsi, əlavə etdikdən sonra sobada qızarana qədər bişirib ilıq olaraq süfrəyə verin. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)