Əl-Muhəymin, Əl-Əziz

Allah-Təalanın əl-Muhəymin ismi məxluqatını qoruyan, qorxulardan əmin edən, hər şeyə şahid olan, mühafizə edən mənasına gəlir.

“O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır” (əl-Həşr, 23).

Əl-Muhəymin mömin qullara sevgi və hüzur verən adlardan biridir. Kainatdakı möhtəşəm nizamı seyr edən mömin dağları yer üzünə mismar kimi düzən Rəbbini düşünər. “Yer onları silkələməsin (atıb-tutmasın) deyə, orada möhkəm (durmuş) dağlar yaratdıq; onlar (istədikləri yerə) rahat gedib çata bilsinlər deyə, orada geniş yollar əmələ gətirdik” (əl-Ənbiya, 31).

Ayı, günəşi, ulduzları seyr edən mömin onların içində olduğu həssas tarazlığı və fizika qanunlarını düşünər. Bir dərəcə əyrilik fərqi, ya da aralarında bir neçə kilometrlik yaxınlaşma olsaydı, nə olacağını düşünər və kainatı bu qədər ağlasığmaz ölçülərlə idarə edən Rəbbinə sığınar.

Araşdırmaçıların gəldiyi nəticəyə görə insanın bir hüceyrəsindəki DNK-larda 1 milyon səhifəni dolduracaq qədər məlumat yer aldığı bildirilir.

Dünyadakı ən böyük ensiklopediya olan “Ana Britanica”nın 40000 səhifə olduğunu nəzərə alsaq, bir DNK-mıza yerləşdirilən məlumatın böyüklüyü daha aydın başa düşülər.

Dünyanın ən böyük ensiklopediyasından 25 dəfə daha artıq məlumat mikroskop ilə yüz dəfələrlə böyüdüldükdən sonra gördüyümüz bir hüceyrənin DNK-sına yerləşdirilmişdir. Bu qədər fövqəladəlik təsadüf nəticəsində yarana bilməz.

Hər bir DNK hüceyrəsi özündə yüklü olan bir milyon səhifəlik məlumatla Allahın Mühəymin ismindən xəbər verir. Allah-Təala bu isminin təcəllisi ilə insanların işlərini yaddaşlarda, əməl dəftərində və lövhi-məhfuzda mühafizə edir.

Həmçinin bu ismin təcəllisi ilə bitki və çiçəklərin proqramını çəyirdək və toxumlarda mühafizə edir. Növbəti yaz mövsmündə yenidən canlandırır.

Heyvanların həyat proqramlarını isə yumurtalarda və su damlalarında qoruyub mühafizə edir.

Muhəymin ismi həyat sahiblərinin proqramlarını və əməllərini mühafizə etməklə təcəlli etdiyi kimi yaratdıqlarını təhlükədən qorumaq və mühafizə etməklə də təcəlli edir. Muhəymin isminin insandakı təcəllisinə nəzər salaq:

İnsanın ən mühüm və həssas orqanı olan beyni bərk və sağlam qafatası ilə qorunur. Gözü qaşlar və göz qapaqları ilə qorunur. Dili ağız ilə qorunur. Bədənə paltar kimi geyindirilmiş dəri ilə vücudumuz yad təsirlərdən mühafizə olunur. Daxili orqanlarımız sinə qəfəsi ilə qorunur. Ölməmək üçün lazım olan qida yağ qatlarında saxlanaraq bizi aclıqdan ölməkdən qoruyur.

Bütün bunlar Muhəymin isminin təcəllisidir. Üstəlik bizdəki qorxu duyğusu da başımıza gələcək təhlükələrdən qoruyucu vasitədir. Əgər bu isim bizdə təcəlli etməsəydi elektrik tellərini tutar, yolda qorxmadan maşının sürətini artırar və ya sürətlə gələn qatarın önünə çıxardıq.

Bir sözlə, həyatımızı davam etdirmək üçün vücudumuza yerləşdirilən bütün maddi və mənəvi proqramlar Allahın Muhəymin isminin təcəllisidir.

əl-Əziz

əl-Əziz tayı və bənzəri olmayan dəyərli, şərəfli olan, güclü və yenilməz olan, daima qalib gələn, məğlub edilməsi mümkün olmayan deməkdir.

“(Gecənin zülmətindən) səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı (vaxt üçün) bir ölçü vasitəsi edən də Odur. (Bütün) bunlar yenilməz qüvvət sahibi, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür)”. (əl-Ənam, 96)

Allah yeganə güc sahibi olandır. O Əzizdir! Onun qarşısında isə hər şey acizdir. O  istədiyi an "ol" deyəndir. O, özünə inananı "əziz" edən, özünə iman etməyəni "zəlil" edəndir.

 "Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (əl-İxlas, 4).

"O, istədiyini edəndir" (əl-Buruc, 16).

"(Ya Rəsulum!) De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!" (Ali-İmran, 26).

 O, qullarına Muhəmməd Mustafa (s.ə.s) vasitəsilə xəbər göndərən və Onun timsalında möminlərə gücündən güc verəndir.

Ey Əziz olan Allahım, bizi saleh əməllərdə yaşayanlardan eylə! Sözlərin ən gözəli olan kəlmeyi-tövhidi dil ilə söyləyən, qəlb ilə təsdiq edən qullarından eylə! Əziz isminin təcəllisi ilə bizi əziz eylə! Düşmənə qarşı hər zaman güclü və qüvvətli eylə! Amin.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)