Gəncliyə yardım fondunda sertifikat mərasimi

22 dekabr 2012-ci il tarixində Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter, ingilis dili, rus dili və ebru kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.

Tədbir Azərbaycan respublikasının dövlət himni ilə açıq elan edildi.

Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tədbirdə iştirak edən bütün qonaqları salamladı və qloballaşan dünyada xarici dilləri və kompyuter elmlərini öyrənməyin əhəmiyyətindən danışdı. Natiq öz çıxışında günü-gündən inkişaf edən Azərbaycanda gənclərə göstərilən dövlət qayьısını xüsusi qeyd etdi. 

Tədbirdə çıxış edən millət vəkilləri Hikmət Atayev və Sevinc Hüseynova bütün tələbələri bu gözəl gün münasibətilə təbrik etdilər və Gəncliyə Yardım Fondunun bu uьurlu fəaliyyətlərini yüksək qiymətləndirdiklərini bildirdilər. 

Tədbirdə tələbələrə öz təbrikini yumor dolu çıxışı ilə çatdıran sevimli aktyor Elməddin Cəfərov gəncliyimizin milli ruhda yetişməsinə çox sevindiyini qeyd etdi. 

Qeyd edək ki, mərasimdə 68 nəfərə sertifikat təqdim edildi. Bu sertifikatlardan 8-i ebru 16-sı kompyuter, 15-i ingilis, 14-ü rus və 15-i ingilis dili danışıq kurslarını müvəffəqiyyətlə bitirmiş tələbələrə təqdim edildi.

Kursda iştirak etmiş tələbələr də öz növbələrində fond rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda tələbələr və fond rəhbərliyi birgə xatirə şəkilləri çəkdirdilər.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)