Midya Şirniyyatı

1 yumurta
yarım p. qabartma tozu
1 armudu st. duru yağ
1  armudu st. süt
1 çimdik duz
aparana qədər un

İçi üçün:
1 st. iri çəkilmiş qoz

Şərbəti üçün:
3,5 st. su
3,5 st. şəkər tozu
yarım limon suyu

HAZIRLANIŞI: İlk olaraq qaba süd, yağ və yumurta qoyaraq çırpırıq. Daha sonra az-az un əlavə edirik. Bu arada şərbəti də hazırlayırıq. Başqa bir qabda qabartma tozu və limon suyu qarışdırılaraq xəmirə əlavə edirik və xəmiri yoğururuq. Hazırlanan xəmiri 10 - 12 hissəyə bölürük. Xəmir parçalarını boşqab büyüklüyündə açırıq və aralarına nişasta səpərək üst-üstə qoyuruq. Daha sonra xəmiri sini büyüklüyündə açırıq. Açılan xəmiri rulon şəklində sıx dolayırıq və yarım saat soyuducuda saxlayırıq. Sonra rulonları barmaq enində kəsirik  və kəsilən xəmiri yana yatıraraq bir az yayırıq. İçinə qoz qoyaraq bağlayırıq.Yağlanmış listə düzürük və  üzərinə əridilmiş kərə yağı sürtərək əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Sonda bişən şirniyyatı soyuq şərbətə batırırıq. Nuş olsun! 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)