Mərcimək küftəsi

Mərcimək küftəsi
2 st. qırmızı mərcimək
1 st. incə bulqur
5 st. soyuq su
4 ədəd quru soğan
Yarım st. duru yağ
2 x.q. tomat pastası
1 dəstə təzə soğan
Yarım limonun suyu
Duz, qırmızı bibər
Quru nanə, toz cirə
Mərciməyi qazana tökürük. İki stəkan yarım su və cirəni əlavə edib yumuşalana qədər qaynadırıq. Mərciməyin suyu çəkildikdə qazanın altı söndürülür və bir stəkan bulqur ilə qarışdırılaraq 15 dəqiqə saxlanılır. Digər tərəfdə kiçik bir tavada yağda soğanlar qovrulur. Soğanlar qızardıqda mərcimək olan qazana əlavə olunur. Mərcimək küftəsinə qara bibər, pul bibər, tamat pastası, nanə və duz tökülərək 5 dəqiqə qarışdırılır. Onlara küftə şəkli verib qaba düzürük və kahı ilə bəzəyirik. Nuş olsun!