Üç rəngli börək

Tərkibi:

4 yuxa

1 stəkan duru yağ

Sürtgəcdən keçirilmiş və yüngülcə duzlanmış 2 yerkökü

250 qr.  basdırma

½ kq  ispanağın yarpaqları

Üstünə sürtmək üçün yumurtanın sarısı

 Hazırlanması:

Birinci yuxanı masaya sərib yağlayırıq. Daha sonra üzərinə ikinci yuxanı qoyub yağlayırıq. Kökü ikinci yuxanın üzərinə yayırıq. Üçüncü yuxa ilə üzərini bağlayıb yağlayırıq. İspanağın yarpaqlarını bütün olaraq üçüncü yuxanın üzərinə yayırıq. Dördüncü yuxanı üzərinə sərib yağlayırıq. Basdırmaları ikiyə bölüb dördüncü yuxanın üzərinə düzürük. Yuxanın kənarlarını yaxşıca bağlayırıq və yuxanı rulon şəklinə salıb ikiyə bölürük.  İki rulonu yağlanmış qaba qoyuruq, üzərinə yumurta sürtüb 180 dərəcəyədək isinmiş sobada qızarana qədər bişiririk.

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)