Sulu küftə

Tərkibi:

4 ədəd kartof

500 qr. küftəlik qiymə

2-3 dilim boyat çörək dilimi

1 ədəd yumurta

1 dəstə cəfəri

2 ədəd soğan

2 çay q. duz

2 çay q. qara bibər

2 ədəd dəfnə yarpağı

1x.q. tomat pastası

1 ədəd pomidor

3 stəkan isti su

1 stəkan duru yağ

 

Hazırlanması:

 

Küftəni hazırlamaq üçün bir qaba qiyməni qoyun üzərinə çörək içini tökün, incə doğranmış cəfərini, sürtgəcdən keçirilmiş 1ədəd soğanı, yumurtanı, duz, bibər qatıb qarışdırın.15 dəqiqə saxlayın. Daha sonra ətdən bir az götürüb əlimiz ilə küftə şəkilinə salırıq. Küftələri yağda qızardırıq.

Başqa bir qazana qalan yağı qoyun və bir ədəd soğanı içinə doğrayıb  bir az qovurun.  Doğranmış pomidoru tomat pastasına qatıb  qarışdırın.  Daha sonra kartofları soyub bir santimetr uzunluğunda doğrayın və qazana qoyun.  Bir-iki dəqiqə qarışdırıb isti suyu və dəfnə yarpağını qatın. Qaynamağa başladıqdan sonra hazırladığınız küftələri qoyun, təxminən yarım saat bişirin. Yeməyi isti servis edin.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)