Bakıda mövlana işığına toplaşdılar

Bakıda Mövlana Cəlaləddin Ruminin vəfatının ildönümü münasibətilə “Mövlana Mənəviyyatının İşığında” adlı geniş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatı ilə keçirilən tədbirdə birlik sədri Sevinc Əzimbəyli çıxış edərək, bütün Türk İslam dünyasının sevimlisi, eşq pərvanəsi olan Allah dostu Mövlanə xəzinəsinə üz tutduqlarını bildirib.

Rəhbərlik etdiyi birliyin yarandığı gündən ölkədə milli və mənəvi dəyərlərin təbliğ olunması yolunda ardıcıl olaraq sistemli şəkildə maarifləndirmə işi apardığını deyən Sevinc Əzimbəyli bildirib ki, bugünkü tədbirin əsas məqsədi Mövlana irsindən bəhrələnməkdir.

Tədbirdə Türkiyə səfirliyinin nümayəndələri çıxış edərək, Mövlana şəxsiyyətindən danışıb, böyük Mövlana dünyasından və onun ibrət dolu mübarək kəlamlarından söz açıblar.

Həmin gün Türkiyəli ilahiyyatçı Hüseyn Algülün yenicə işıq üzü görmüş “Kərbəla Qanayan Yara Ürək Sızladan Faciə” adlı kitabının təqdimatı da keçirilib. Əsərin elmi redaktoru, təqdimat müəllifi Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bu kitabın gerçək Kərbəla hadisəsinin, İmam Hüseyn qiyamının doğuran səbəbləri eləcə də şəhadətinin fəlsəfəsi mövzusunda ölkə müsəlmanlarının maarifləndirilməsi yolunda olduqca tutarlı elmi-dini mənbə olduğunu vurğulayıb.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)