Əl-Cabbar, Əl-Mütəkkəbir

Əl-Cabbar istədiyini zorla etdirməyə qadir olan, hər çətinliyi asanlaşdıran, nöqsanları tamamlayan, nizam-intizamı pozulan hər şeyi tənzimləyən deməkdir.

"O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır" (əl-Həşr, 23)

Uca Allah yer üzünü yaratdı...

"O, yer üzündə möhkəm durmuş dağlar yaratdı, onu bərəkətli etdi və (Allahdan ruzi) istəyənlər üçün bərabər olaraq orada yer əhlinin ruzisini dörd gündə (mövsümdə) müəyyən etdi. Sonra Allah tüstü (duman, yerdən qalxan buxar) halında olan göyə üz tutdu (göyü yaratmaq qərarına gəldi). Ona (göyə) və yerə belə buyurdu: “İstər-istəməz vücuda gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər". (Fusslilət, 10-11)

Yaradılmış hər şey o möhtəşəm qüdrət qarşısında səcdə edir, boyun əyir, sadəcə ağıl, nəfs verilmiş insan, Allahı tapmaq və Ona ibadət etmək üçün öz iradəsinə buraxılmışdır.

Hər şey Onun sonsuz qüdrəti əlindədir. Heç kəs bu gücün qarşısında dura bilməz. O, istərsə hər şeyi bir anda yox edər. Məhz belə bir gücə sahib olan Rəbbimiz özünə ibadət xüsusunda insanı sərbəst buraxaraq onu iradəsi ilə qulluğa dəvət edir. Amma O, qullarına qarşı elə səbirlidir ki, gözləyər, möhlət verər.

Kainata diqqətlə baxsaq, hər şeyin yerli-yerində olduğunu, möhtəşəm nizam çərçivəsində varlığını davam etdirdiyini görərik. Bütün məxluqat insana xidmət edir. Çünki Cabbar olan Allah bunu əmr etmişdir.

Bəs biz? Toyuğun yumurtladığını, inəyin süd verdiyini görəndə Allahın Cabbar ismini təfəkkür edirikmi? Ata, dəvəyə minəndə Allahın Cabbar ismi ilə onları bizə ram etdiyini düşünürükmü?

Mövsümləri bir-birinin ardınca bizə yaşadan, hər gecəni bir səhərə bağlayan Allahı bu mənada təfəkkür edirikmi?

O "Cabbar" olan, "Rəhmətim qəzəbimi keçmişdir" (Buxari, Tövhid, 22, 28, 56) buyuran, göyləri və yerləri əzəməti ilə Özünə boyun əydirən O Rəhim, Həlim, Sabur və Ğafur olan Allah qullarının cənnətə girməsi üçün kiçicik bir yaxşılıqlarını qat-qat artıqlaması ilə mükafat verər. Qullarının əskiklərini tamamlayar, düzəni pozulmuş hər şeyi Cabbar ismiylə düzəldər. Heç kəsin gücü O uca qüdrətin etmək istədiklərini əngəlləyə bilməz.

Qul bunu bilsə, Ona Hz. Əli kimi yalvarar:

"Qırılan hər şeyi birləşdirən, təmir edən və hər çətinliyi asanlaşdıran Cabbar olan Allahım!"

Sonra da “mən qulam, acizəm, məni, o mütləq və sonsuz gücünlə gücləndir. Cabbar isminə sığınaraq nöqsanlı əməllərimi acizliyimə bağışlayaraq qəbul eylə!”- deyər.

Əl-Mütəkəbbir

Əl-Mütəkəbbir, sonsuz böyüklük və əzəmət sahibi, məxluqata aid sifətlərdən münəzzəh, uca, uzaq deməkdir.

"O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır". (Həşr, 23)

Allah Qurani-Kərimdə böyüklüyünün və rəhmətinin əsəri olaraq biz qullarının Onu ən yaxşı şəkildə tanımağımız ancaq Özünə ibadət edib başqa qapılar axtarmamağımız üçün zatını gözəl izah edir. Allah kibriya sifətinə sahibdir. Bütün böyüklük yalnız Ona məxsusdur. İnsansa acizdi. İnsanın özünü böyük görməsi Rəbbinin nəzərində dəyərini düşürür.

Nə qədər "kiçik" olduğumuzu idrak edə bilsək, Onun qatında bir o qədər böyüyərik.

Sahib olduqlarımızı Rəbbimizin əmanəti olaraq görsək və Onun yolunda nə qədər infaq etsək,bir o qədər zənginləşərik.

Dünyanı nə qədər "dəyərsiz" bilsək, nə qədər əhəmiyyət verməsək, axirətimiz də bir o qədər dəyərlənər.

Hər şeyin sahibi Odur, kibriya sifəti Ona məxsusdur, biz isə Onun aciz qullarıyıq. Bütün yaradılmışlar Onunla müqayisədə heç təsəvvür edə bilməyəcəyimiz qədər kiçicik nöqtədən ibarətdir. 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)