Bananlı karamelli kek

Ərzaqlar:

3 yumurta

1 su stəkan toz şəkər

1 armudu stəkan süd

1 armudu stəkan duru yağ

1 paket kabartma tozu

1 paket vanil

1 yemək qaşığı kakao

1 armudu stəkan fındıq (robotdan keçmiş)

4 yemək qaşığı təpələmə un

Üzəri üçün:

1 paket krem

1 armudu stəkan toz şəkəri

3 ədəd banan

Hazırlanması:

Piroq qabı yoxdursa yumru şüşə qabda istifadə edə bilərsiz. Qabın hər yerinə yumuşaq marqarinlə yağlayırıq. Üzərinə fındıqları səpirik. Qarışdırma qabın içinə yumurtaları qırırıq, üzərinə toz şəkəri əlavə edərək mikserlə ağarıncaya qədər çalırıq. Üzərinə südü, duru yağı, kakaonu əlavə edib çalmağa davam edirik. Sonra ələklə vanili, kabartma tozunu və unu əlavə edərək qarışdırırıq. Qarışıq bir az axıcı olmalıdır. Fındıqların üzərinə qarışığı boşaldırıq, öncədən 180 dərəcə qızdırılmış sobada bişməyə qoyuruq. Bir tərəfdən də karameli hazırlayaq. Tavaya şəkər tozunu boşaldıb ocaqda qısıq atəşdə əriməyə qoyuruq. Toz şəkər əriyib rəngi qəhvə rəngi olduqdan sonra üzərinə kremi tökürük. Taxda qaşıqla tez-tez qarışdırırıq. Kermi tökdükdən sonra şəkər qatılaşacaq, az atəşdə qaynatdıqca şəkər yavaş-yavaş əriyəcəkdir. Şəkər kremlə birlikdə əridikdən sonra altını sondürürük.

Sobadan çıxan kekin üzərinə fındıq hissəsi gələcək şəkildə servis qabına qoyuruq. Bananları dilimləyib kekin üzərinə düzürük. Sonra üzərinə hazırladığımız karameli töküb servis edirik.

Əgər karamel qatı olarsa isidib əridə bilərsiz. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)