Qatıqlı buğda şorbası

• 1 stəkan buğda (aşuralıq buğda)

• 1, 5 stəkan noxud

• 1 xörək qaşığı kərə yağı

• Ət suyu və ya su

• Duz

• Quru nanə

• Qırmızı bibər

• 1 stəkanı qatıq

• 1 xörək qaşığı un (təpələmə)

• 1 yumurta sarısı

Hazırlanması:

Şorbanızı edəcəyiniz zaman buğda və noxudu bir neçə dəfə yuyub axşamdan isladın. Ertəsi gün qazana buğda və noxudu qoyub 5 stəkan su ilə yumşalana qədər bişirin (və ya bulyonla).  

Bir qabın içinə qatığı, unu, yumurtanı qoyub şorbadan aldığımız 1-2 çömçə su ilə mikserlə çırpın. Bu qarışığı yavaş-yavaş şorbanın içinə qarışdıra-qarışdıra tökün.

Ayrı bir tavada kərə yağını, nanəni və qırmızı bibəri qovurub şorbanıza tökün. Bir az qaynadıb duzunu da əlavə edin. Budur şorbamız hazırdır. Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)