Kartof pizzası

Ərzaqlar:

700 qram soyulmuş kartof

2 yumurta

2 xörək qaşığı

3-4 diş sarımsaq

Duz, istiot

3 xörək qaşığı xama + 1 çay qaşığı tünd xardal

200-250 qram hisə verilmiş kolbasa

2 orta baş soğan

1 şirin bibər

150 çerri pomidor

170 qram pendir, zövqünüzə görə 100 qram mosorella, 70 qram holland pendiri seçə bilərsiniz

Bir dəstə göy soğan

Hazırlanması:

Soğanı halqa şəklində doğrayın. Bir qədər qızardın. Eyni formada doğranmış bibəri əlavə edib bir neçə dəqiqə qızardın. Kolbasanı da əlavə edib daha bir neçə dəqiqə qızardın.

Kartofu rəndələyin, əzilmiş sarımsağı, yumurtanı, unu, duzu, istiotu əlavə edib yaxşıca qarışdırırıq. Kütlənin yarısını tavaya töküb 2 xörək qaşığı bitki yağında 5 dəqiqə qızardın. Sonra səliqə ilə çevirib ikinci tərəfini də qızardın.

Kartof təbəqəsinin üzərinə xamalı-xardallı sousu çəkin, hazırladığınız için yarısını və ikiyə bölünmüş pomidoru, göy soğanı üzərinə səpin.

Rəndələnmiş pendiri də tökdükdən sonra tavanın qapağı bağlayın, qazın atəşini lap azaldın.

Eyni ardıcıllıqla ikinci təbəqəni hazırlayın.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)