Toyuq ətindən göbələk salatı

Ərzaqlar:

Bir  dəstə göy soğan

300 qr. konservləşdirilmiş göbələk

Qaynadılmış 3 kartof və kök

3 qaynadılmış yumurta

300 qr. qaydanılmış toyuq filesi

Mayonez

 

Hazırlanması:

İçi dərin olan bir qab götürürük. Qabın hər tərəfinə duru yağ sürtürük.  Əvvəlcə qabın dibinə göbələkləri başı aşağı vəziyyətdə düzürük. Üzərinə göy soğanı doğrayıb tökürük, daha sonra üzərinə bişmiş kartofu sürtgəcdən keçiririk və moyanez sürtürük. Sonra  üzərinə kökü sürtgəcdən keçirib bir daha mayonez sürtürük. Yumurtanı sürtgəcdən keçirib mayonez sürtürük və doğranmış toyuğun döş ətini üzərinə tökürük.  Hamar bir qab götürüb ehmalca salat hazırladığımız qabı üzərinə  başı aşağı çeviririk. Salat hazırdır. Nuş olsun!   

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)