Ərik cemli piroq

Ərzaqlar:

4 st un

250 qr. kərə yağı

1 st. şəkər tozu

Yarım st. küncüt

4 yumurta (2-nin sarısını götürmək)

3 x.q. qatıq

Vanil

Qabartma tozu 

Arası üçün:

Ərik cemi

1 st. qovrulub doğranmış qoz 

Üzəri üçün:

2 yumurta sarısı

Küncüt 

Hazırlanması:

Əvvəl unla yağı ovuruq.

Küncüt, şəkər tozu, vanil və qabartma tozunu əlavə edib qarışdırırıq.

 Qatıq və yumurtanı əlavə edib xəmiri yoğruruq.

Xəmiri 2 kündəyə bölürük.

İstər əlimizlə, istərsə də oxlov ilə xəmiri yayırıq və listə qoyuruq.

Üzərinə ərik və ya istənilən cemi çəkirik.

Doğranmış qozu da cemin üzərindən tökürük.

2-ci xəmiri də yayıb onun üzərindən qoyuruq. Yarım saat qaldıqdan sonra üzərinə yumurta sarısı vururuq və çəngəllə xətlər çəkirik, küncüt səpirik.

180 dərəcəlik sobada bişiririk.

Ərik cemli piroqumuz hazırdır.

Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)