Əl-Xaliq, Əl-Bari

əl-Xaliq hər şeyi yoxdan var edən, yaradan, yaratdığı hər şeyin təfərrüatlarını bilən və bəndəsinə bəxş etdiyi ömür içərisində onun görəcəyi hər halı, hadisəni bilən və təyin edəndir.

Ayeyi-kərimədə buyurulur:

"Həqiqətən, Rəbbin (hər şeyi) yaradandır, biləndir!" (Hicr surəsi, 86)

Allahın yalnız Adəm övladına bəxş etdiyi “ağıl” yerində istifadə edilsə və insan “qəlbin mənəvi aləmlərə uçuşunda” Allaha sığınarsa, görə bildiyi, dərk edə bildiyi hər şey ona Allahın varlığını, ucalığını, bütün məxluqatı yaradan tək hökmdarın O olduğunu izah edər.

Canlı aləmdə hiss edilən “nizam “, qüsursuz bir texnika kimi işləyən “zaman”, makro və mikrosu ilə “möhtəşəm bir kainat”, Yaradanına bütün halları ilə vəzifələrini edərək, ibadətdə olduqlarını göstərirlər.

 

"O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!" (Bəqərə surəsi, 22)

O, elə bir mərhəmət sahibi Yaradandır ki, Uca kəlamında bəndələrinə öz varlığını elə hiss etdirir ki, körpələrini soyuqdan qoruyan, onların yalnız yaxşılığını düşünən, üstlərinə titrəyən bir ana kimidir.

Quranıı oxuduğunuz zaman sanki “Bax bəndəm, hər şeyin sahibi Mənəm və Mən sənə qollarımı açıb gözləyürəm” –deyən möhtəşəm bir səsi eşidərsiniz.

"Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?!" (Mülk surəsi, 3)

Bu ayələr neçə əsr bundan qabaq Allahı tanımayanlara meydan oxuyaraq Uca Yaradanın qatından endirilmiş ayələrdir. İnsanın bir cüt hüceyrənin birləşməsi ilə başlayan və “rəhm” adlı qərargahda davam edən səfərini, ağıl sahiblərinə izah edən başqa bir ayə isə belədir:

 

"Allah sizi tək bir nəfərdən (Adəmdən) xəlq etdi. Sonra onun özündən həmtayını (Həvvanı) yaratdı. O, (dəvə, inək, qoyun və keçi kimi) heyvanlardan (erkək və dişi olmaqla) səkkiz cift (baş) əmələ gətirdi. O sizi analarınızın bətnində üç zülmət (pərdə, uşaqlıq və qarın) içində yaranışdan-yaranışa salaraq yaradır (nütfəni laxtalanmış qana, laxtalanmış qanı bir parça ətə, əti sümüyə çevirir, sonra sümüyü ətlə örtüb insan şəklinə salır). Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə (Allaha ibadət etmək əvəzinə bütlərə tapınmaqla haqdan) necə döndərilirsiniz? (İmandan necə dönürsünüz?)" (Zumər surəsi, 6).

Qatından heç boş çevirmədiyin əllərimizi sənə açaraq bizim üçün xeyirli olanı yaratmanı diləyirik.

Əl-Bari.

əl-Bari bədəndə yaratdığı hər şeyi, orqanların və hüceyrələrin, hər hansı bir modelə bağlı olmadan, yoxdan var edib, bir-birinə uyğun yaradan, qüsursuz var edən deməkdir.

"O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Həşr Surəsi, 24)

İndi güzgünün qarşısına keçin və sanki ilk dəfə özünüzə baxırmış kimi baxın.

İki gözünüz arasındakı məsafə, tam bir göz ölçüsü qədərdir.

Başımız bədənimizin səkkizdə biri qədərdir.

Qolumuzun uzunluğu, əlimizin üç qatıdır.

Yumruq tutduğunuz zaman, əlinizin ətrafı, sizə ayaqqabınızın nömrəsin vermiş olur.

Sizə bir sirr verimmi?

Əlinizə üzünüzün tam çəkilmiş bir foto-şəklini götürün və onu ortadan qatlayın. Onu güzgüyə yaxınlaşdırıb hər iki tərəfinə də növbə ilə baxın.Sizə bənzəməyən iki ayrı üzün ortaya çıxdığını görəcəksiniz.”Sənətkarın “böyüklüyünü dərk edin. Bu qədər ucadır Rəbbimiz. İnsanın simasının ortasından keçən xətlə yaranan iki fərqli üz çıxar ortaya. Budur sənətin zirvəsi. Allah bizə elə müntəzəm, elə ahəngli, elə funksiyalı üzvlər vermişdir ki, bədənimiz möhtəşəm bir fabrika, qüsursuz bir maşın və labaratoriya kimi işləməkdə və bütün hallarında sənətkarını göstərməkdədir!

Beynimiz, qəlbimiz, qara ciyərimiz, ödümüz də hər biri bir texnika və labatoriya kimi bənzərsiz funksiyaları ilə həyatımızı davam etdirir!

Heyvanlar aləmindəki gözəlliklərini, bitkilər aləmindəki örnəksiz naxışları izləyin.

əl-Baridir O!

Bizə verdiyi bədəni, qüsursuz, ahənglə yaradan Allaha sükür edə bilmək üçün bütün əzələlərimizi, Onun istədiyi şəkildə istifadə etməliyik! Hər şeyin şükrü öz cinsindəndir, bunu unutmayın!

Bizə ağıl verən Allaha şükrümüzü ancaq Onu bilməklə və axtarıb taparaq əda edə bilərik.

Əllərimizin şükrü sədəqə “vermək”lə; ayaqlarımızın şükrü “xeyirdə yarışmaq”la; qulaqlarımızın şükrü “Qurana qulaq verib, əmrlərini dinləmək və riaət etmək”lə əda edilir.

Gözlərin şükrü baxmaqla, görməklə, ağızın şükrü halal yeməklə və doğrunu söyləməklə ifa edilir.

Rəbbim hamımızı, rizasına uyğun əməllər nəsib etsin! Amin.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)