Ətli qat-qat

Ərzaqlar:

400-500 qr. qat-qat xəmir

500 qr. çəkilmiş ət

1 banka konservləşdirilmiş qarğıdalı 

1 banka konservləşdirilmiş göbələk

1 ədəd soğan

5-6 ədəd kartof

1 paket yağlı dilim pendir 

 Duz, istiot

Hazırlanması:

Kartof soyulub, halqa-halqa doğranılır.

Çəkilmiş ətə incə doğranmış soğan, qarğıdalı, göbələk, duz, istiot əlavə edilir.

           Bütün ərzaqlar yaxşı qarışdırılır.

Listə kağız sərilir, kartoflar düzülür, duz, istiot vurulur.

      Üzərinə hazır qarışıq yayılır.

 

      Pendir dilimləri düzülür.

 

          Qat-qat xəmir yayılıb üzərinə düzülür. 

      200-220 dərəcədə sobada 40 dəqiqə ərzində hazır olana qədər bişirilir

(əvvəl üzəri tez qızarmasın deyə folqa ilə örtülür, sonra açılır).

Buyurun, dadlı yeməyə qonaq olun!

Nuş olsun!

                                                   

 

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • "Bizimaile.az"

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)