Qozlu piroq

Ərzaqlar:

200 qr. paket yağı

100 qr. şəkər tozu

2 ədəd yumurta

2 çay qaşığı qabartma tozu

350-400 qr. un

İçi üçün: 

150 q şəkər tozu

200 ml qaymaq (33-35%)

2 x.q. bal

350 qr. qoz

Hazırlanması:

Yağı şəkər tozu ilə əzirik. Yumurtanı əlavə edib qarışdırırıq. Qabartma tozunu, unu əlavə edib yoğururuq. Hazır xəmiri soyuducuya qoyuruq. Piroqun içliyi hazır olana qədər orada qalır. Qozu bıçaqla doğrayırıq. Şəkər tozunu içi quru olan tavaya tökürük. Şəkər tozu əriyənə qədər orta temperaturda ara vermədən qarışdırırıq. (Şəkər tozuna heç nə əlavə etmək lazım deyil.) Bu proses 20 dəqiqəmizi alacaq. Şəkər əriyəndən sonra qaymağı yavaş-yavaş əlavə edib qarışdırırıq. Balı da əlavə edirik. Hazır kütlə qaynamağa başlayanda qozu da əlavə edib ocağın üstündən götürüb soyuduruq. Xəmiri iki hissəyə bölürük. 1-ci hissəni yağlanmış tavaya qoyub əlimizlə 3 sm qalınlığında formaya salırıq. Xəmirin üzərinə içliyi töküb yayırıq. 2-ci xəmiri oxlovla yayıb içliyin üzərinə qoyuruq. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobaya qoyub 30-35 dəqiqə bişiririk. Hazır piroq soyuyandan sonra üzərinə şəkər pudrası səpirik.

Nuş olsun!

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)