Əl-Musavvir, Əl-Ğaffar

Musavvir hər məxluqu müxtəlif şəkillərdə yaradan, təsvir edən, hər bir varlığa ayrı-ayrı şəkil və xüsusiyyət verən deməkdir. Rəbbimiz buyurur:

"Biz insanı ən gözəl biçimdə yaratdıq!" (Tin, 4)

Dünyaya gəldiyimiz gündən etibarən bizləri başıboş buraxmayan və bizim xəbərimiz olmadan vücudumuzu idarə edən Uca Yaradan hər şeyi qaydasında və gözəl yaradıb. Bizə isə sadəcə təşəkkür və təfəkkür etmək qalır.

Hər hansı bir yemək öz-özünə bişmirsə, bir kitab öz-özünə yazılmırsa, bir maşın öz-özünə getmirsə, dünyadakı heç bir varlıq da öz-özünə forma, rəng, nizam, vəzifə ala bilməz. Kainatın yaradıcısı olan Allah bütün məhluqatının formasını, rəngini, həcmini, istiliyini, atomunun digər maddələrlə olan uyğunluğunu ən gözəl şəkildə təqdir etmişdir.

"O, göyləri və yeri haqq-ədalətlə (yerli-yerində) xəlq etdi, sizə surət verdi, surətlərinizi də gözəl yaratdı. (İnsan bütün canlıların ən gözəli və ən kamilidir). Axır dönüş də Onun hüzurunadır!" (Təğabun, 3)

Sümükləri üst-üstə qoyan, onları sinir və damar telləriylə əhatə edən, üzərini əzələ və yağ təbəqəsi ilə örtən və sonra hamısının üstünə gözəl bir dəri geydirən və o bədənə canlılıq verən kimdir? Əlbəttə Musavvir, Xaliq, Bari olan Allah! Heç bir insan başqa bir insana bənzəməz. Bu dünyadan saysız insan gəlib keçmişdir. Heç birinin barmaq izi, bir başqasının barmaq izinə bənzəmir. Allah hər insanı fərqli bir təsvirlə yaratmaqdadır.

"O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Həşr, 24)

Bizi gözəl yaradan, bizdən gözəl əməllər gözləyən Allahım! Sənin üçün yaşamağı, verdiyin ruzi və nemətləri gözəl şəkildə istifadə etməyi nəsib et.

Uca Rəbbim, biz qullarına elə yollar aç ki, mələklər qısqansın bizi!

Elə bir həyat yaşat ki, hüzuruna gəldiyimizdə göylər ağlasın ardımızdan.

 

Əl-Ğaffar

Daim bağışlayıcı olan, təkrar işlənən günahların üzərini örtən və bağışlayan deməkdir.

Bu ad örtmək, gizlətmək, qorumaq üçün bir şeyin üstünü örtmək mənasına gələn "ğafr" kökündən əmələ gəlmişdir. Rəbbimiz ayeyi-kərimədə buyurur:

"Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər" (Nisa, 110).

Peyğəmbərimiz (s.ə.s.) yer üzündə Allahın sonsuz rəhmətini anlatmaq üçün göndərilmişdir. O "rəhmət elçisi" belə buyurmuşdur:

"Canımı qüdrətiylə əlində tutan Allaha and olsun ki, siz heç günah işləməsəydiniz, Allah sizi yox edər, yerinizə günah işlədikdən sonra bağışlanma istəyəcək bir millət gətirər və onları bağışlayardı" (Müslim, Tövbə, 11).

Allah insanı mələk olması üçün yaratmayıb. Bizə verilən nəfis ilə günah işləmək, qüsurlu, nöqsanlı olmaq kimi özəlliklər işləndi fitrətimizə. Haqq-Təala da bizdən "mələk" olmağımızı istəmir. Sadəcə aciziyyətimizi bilməyimizi, təkəbbürə qapılmadan günah işlədikdən sonra bağışlanma diləməyimizi gözləyir. İnsanı insan edən də işin bu tərəfidir.Nəfis mübarizəsi ilə əlimizə keçəcək bir ömür verilib bizə. Şeytan da hər an bizi aldatmağa hazırdır. Yaradılışımızda ehtiras, nəfsani arzular,qısqanclıq və s. hamısı vardır. Haqq-Təala yaratdığı qulunun bütün acizliyini bilən şeytanın tələləri qarşısında qulunu bu savaşda heç yalnız buraxmaz.

Əl-Ğaffar və Ər-Rahim isimləri ilə təcəlli edərək qullarına uca kəlamı ilə səslənən, minlərlə ümid qapısını axıra kimi açan Odur!

İki cahan sərvəri, könüllərimizin sultanı olan Muhamməd Mustafa (s.ə.s.) belə buyurur:

"Bir kimsə istiğfarı dilindən düşürməzsə, Allah ona hər darlıqdan bir çıxış, hər üzüntüdən bir qurtuluş yolu göstərər və ona gözləmədiyi yerdən ruzi verər" (Əbu Davud, İbn Macə).

Rəhman və Rəhim isminlə, Ğaffar və Ğafur isminlə, Təvvab və Afuv isminlə bağışla bizi ya Rəbb. Amin.

  • Zamanın axarında
  • Hüzur iqlimi
  • Təhlil
  • Mənəviyyat
  • Olar, yoxsa olmaz?

Hesabsız Cənnət

Ümmətlər arasında hesaba çəkiləcək ilk ümmət Muhamməd (s.ə.s.) ümmətidir. Rəsulullah (s.ə.s.) bir hədisində buyurmuşdur ki:

Qadın və iş

Qadın, nəslin meydana gəlməsində və təhsilində ilk müəllimdir. Ümmətin gələcəyi və gedişatı qadına bağlıdır. Qadın ümmətin yarısıdır

Günün ayəsİ

  • "Zərrə ağırlığında yaxşı əməllər edən görəcək. Zərrə ağırlığında pis əməllər edən görəcək."
    Zəlzələ surəsi, 7-8-ci ayələr

Günün hədİSİ

  • Elmlə din əkizdirlər. Əgər bunlar bir-birindən ayrı düşsə cəmiyyət yanıb məhv olar.
    Məhəmməd Peyğəmbər(s)